[:az]Aprelin 23-də Xəzər Universitetinin Mərkəz kampusunda universitetin ənənəvi “Elm və Sənət Məclisi”nin 57-ci məşğələsi keçirildi. Bu dəfəki məşğələ şərqşünas alim Teodor Şumovskinin 100 illiyinə həsr edilmişdi. Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açdı. H.İsaxanlı məclisə toplaşanları – alimləri, doktorant və tələbələri, qonaqları salamlayaraq onlara “Elm və Sənət Məclisi” haqqında məlumat verdi. Bildirdi ki, bugünkü tədbir böyük şərqşünas alim T. Şumovskinin elmi və ədəbi fəaliyyətinə Azərbaycan ictimaiyyətinin verdiyi yüksək dəyər kimi qiymətləndirilməlidir. H.İsaxanlı T. Şumovskinin həyat və yaradılıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, bugünkü məclisdə polyak əsilli Azərbaycan vətəndaşları da iştirak edirlər. O, T. Şumovskinin elmi fəaliyyəti haqqında məruzə etmək üçün sözü AMEA Tarix İnstitutunun əməkdaşı, professor Nərgiz Axundovaya verdi. N.Axundova T.Şumovskinin elmi fəaliyyətindən, onun şair kimi yaradıcılığından danışdı. Məclisə toplaşanlar Teodor Şumovskinin həyat və yaradılıcılığına həsr edilmiş sənədli filmə tamaşa etdilər. Filmdən sonra müzakirələr davam etdirildi. Müzakirələrdə H. İsaxanlı, Solmaz Tohidi ( AMEA-nın Şərqşünaslıq İnstitutu), Rəşad Rüstəmov ( “Zerkalo” qəzeti), Yuri Məmmədov (tədqiqatçı, Şumovskinin tələbəsi), Olqa Makavelskaya (“Poloniya” Polşa Cəmiyyətinin sədri) və digərləri çıxış etdilər. Sonda xatirə şəkilləri çəkildi. [:en]On April 23rd, the 57th routine meeting of the Assembly of Science and Art was held at Khazar University’s Downtown Campus. This meeting was dedicated to the 100th anniversary of the birth of Eastern Studies scholar, Theodore Sumovski. The event was opened by the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. H. Isaxanli welcomed the attendees, including scholars, PhD and students, and guests, and gave them information about the “Assembly of Science and Art.” He said that today’s event was to honor the great scholar of Eastern Studies, T. Sumovski, whose scientific and literary activities were regarded as bringing the highest value to society. H. Isaxanli also gave information about the life and activity of T. Sumovski. He noted that Polish-born citizens were participating in the meeting. He gave the floor to employee of the Institute of History of ANAS, Professor Nargiz Akhundova, for her report on the activities of T. Sumovski. N. Akundova talked about the scholarly activity of T. Sumovski and his creativity as a poet. Participants watched a documentary film dedicated to the life and activity of Theodore Sumovski. H. Isaxanli, Solmaz Tohidi (Institute of Eastern Studies of ANAS), Rashad Rustemov (“Zerkalo” newspaper), Yuri Mammadov (researcher, student of Sumovskin), Olga Makavelskaya (Chairman of “Polonia” Polish Society) and others took part in the discussions. In the end, photos were taken.[:]