[:az]Aprelin 29-da Türkiyənin Okan Universitetinin prorektoru professor Enar Tunç və Beynəlxalq ofis direktoru Zeynep Siper Xəzər Universitetində oldular. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları qəbul etdi. Sonra prorektorlar Məhəmməd Nuriyev və Rafiq Əhmədov, rektor assistenti İsaxan İsaxanlı, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, dekanlar Siyavuş Azakov, Cabir Xəlilov, Elza Səmədli və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəylinin iştirakı ilə görüş keçirildi. Görüşdə iki universitet arasında 2013-cü ilin sentyabr ayından başlayan fəal tələbə mübadiləsi, Okan Universiteti və Xəzər Universitetinin birgə diplom layihəsi və digər əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşdən sonra qonaqların şərəfinə ziyafət verildi.
[:en]On April 29, Vice President of Okan University (Turkey), Professor Enar Tunc, and director of the university’s international office, Zeynep Siper, visited Khazar University. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, hosted the guests. Then a meeting was held with the participation of Vice Presidents Muhammad Nuriyev and Rafig Ahmedov, Assistant to the President, Isaxan Isakhanli, Head of Division for Graduate Studies and Research, Eldar Shahgaldiyev, Deans Siyavush Azakov, Jabir Khalilov, and Elza Semedli, and Director of Public Relations and Media, Alovsat Amirbeyli. At the meeting, an active student exchange starting in September 2013 between the two universities, a double degree to be offered by Okan University and Khazar University, and other cooperation issues were discussed.
After the meeting, a reception was given in honor of the guests.
[:]