[:az]Aprelin 19-da Bresser Eurasia şirkətinin (Bakıda relokasiya işlərini görən Niderlandın tanınmış şirkəti) prezidenti Leon Sveyxers, Niderlandın İnstitutional Business Development qurumunun İcraçı direktoru, Xəzər Universitetinin məzunu Elnur Əliyev, Lommel (Belçika) və Berqeyk (Niderland) şəhərlərinin merləri – Piter Vanvelthoven və Driek van de Vodevoortun (həm də Niderland Kralıçası Beatriksin sözcüsüdür) Xəzər Universitetində olub,universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər. Onlar Niderland və Belçikanın yüksək texnologiyalar mərkəzlərinin universitet ilə birgə iş perspektivlərini müzakirə etdilər. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektorun assistenti Maya Muxuradze universitet haqqında ümumi məlumat verdi. Sonra İnnovasiya mərkəzinin direktoru Ayna Yusubova universitetin texnoparkı haqqında çıxış elədi. Görüşdə universitetin prorektorları Məhəmməd Nuriyev və Rafiq Əhmədov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova, və On3 şirkətlər qrupunun direktoru Aydın Əhmədzadə iştirak edirdilər.[:en]On April 19, Leon Sveyxers, President of Bresser Eurasia (a well-known Dutch company involved in relocation prosses in Baku); Executive Director of Institutional Business Development Agency, the Netherlands, and graduate of Khazar University, Elnur Aliyev; mayors of the cities of Lommel (Belgium) and Bergeijk (Netherlands), Peter Vanvelthoven və Driek van de Vondevoort (who is also the spokesman for Queen Beatrix of the Netherlands) visited Khazar University and met the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. Assistant to the Vice President of International Relations, Maya Mukhuradze, gave general information about the university at the meeting. Then, the director of the Innovation Center, Ayna Yusubova, made a presentation about the university technopark. Vice Presidents Mahammad Nuriyev and Rafig Ahmadov; Dean of the School of Education, Elza Samedova; Director of the Center for Quality Assurance, Lyudmila Sotova; and Director of On3 Agency group, Aydin Ahmadzade, also participated in the event.[:]