[:az]Dekabrın 10-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yanında Mühəndislik və kompüter elmləri fakültəsinin professor-müəllim heyəti və universitet əməkdaşlarının iştirakı ilə universitetin İKT infrastrukturunun hazırkı vəziyyəti ilə bağlı müşavirə keçirildi. Akademik işlər üzrə prorektor, professor Məhəmməd Nuriyev İKT məsələlərinə dair məlumat verdi. Cari İKT məsələləri və həllinin mümkünlüyü, İKT infrastrukturunun yenidən qurulması, Xəzər Universitetində E-mədəniyyət və onun inkişafı ilə bağlı hesabat müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edildi. [:en]On December 10, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, had a meeting on the current situation of ICT infrastructure at the University with faculty of the School of Engineering and Computer Science and University staff as well. Vice President for Academic Affairs, Prof. Mahammad Nuriyev, reported on ICT-related issues. The report was discussed and decisions were made regarding current ICT issues and possible solutions, reengineering of ICT infrastructure, and development of E-culture at Khazar University.[:]