Dekabrın 5-də English Foundation 1 G qrup tələbələrinin “Amerika tələbələrin gözü ilə” növbəti açıq dərsi keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, ABŞ Sülh Korpusunun könüllüsü Joel Robbinson, İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri Xanım Əhmədova, Jalə Hüseynova və universitetin digər əməkdaşlarının iştirakı ilə keçən dərsdə ABŞ hökuməti, təhsili, tarixi, mədəniyyəti, səhiyyəsi və s. barədə məlumat verildi, tələbələrin Joel Robbinson və Marta Lawrydən aldıqları müsahibələrin videoyazıları təqdim olundu. Sonda bədii videoçarx nümayiş etdirildi. Dərsin qonaqları qrupun müəlliməsi Pərvin Kərimova və tələbələrə uğurlar arzulayaraq, bu tipli dərslərin vaxtaşırı keçirilməsini məqsədəuyğun hesab etdiklərini bildirdilər. On December 5, English Foundation group 1G held an open lesson on the subject of “America through the eyes of students.” Also participating in the lesson were the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli; the United States Peace Corps Volunteer, Joel Robbins; teachers of the Department of English Language and Literature, Khanim Akhmedova and Jala Huseynova; and other employees of the university. At the open lesson, information about the U.S. government, education, history, culture, and health was given, and videos of interviews which the students conducted with Joel Robbins and Martha Lawry were presented. At the end of the event, an artistic video was shown. Guests at the event wished success to the teacher of the group, Parvin Karimova, and the students, and they mentioned that they hoped these types of open lessons would continue be held on a regular basis.