Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı 2024-cü il mayın 27-də  Ankarada keçirilən “Türk Dünyası Milli Elmlər Birliyinin (TDMBAB) Yeddinci Baş Məclisinin” toplantısında (“Türk Dünyası Milli Bilimleri Birliği (TDMBAB) Yedinci Genel Kurul” Toplantısı) iştirak edərək, “Əməkdaşlığa dair təkliflər”  (“İş birliği Önerileri” belgesine dayalı tartışma”) sənədi əsasında müzakirədə fikir və təkliflərini bildirmişdir.

Mayın 28-də Prof. Akad. Hamlet İsaxanlı Orta Doğu Universitetinin rektoru Prof. Dr. Mustafa Verşan Kök və Bilkent Universitetinin rektoru Prof. Dr. Kürşat Aydoğan ilə (hər biri ilə ayrı ayrı) görüşmüşdür. Görüşlərdə universitetlərin yeni sahələrdə əməkdaşlığının inkişafı müzakirə olunmuşdur.

khazar.org