Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “Fractional Dirac system with impulsive conditions” (“İmpulsiv şərtləri olan fraksiyalı Dirak sistemi”) adlı birgə məqaləsi “Chaos, Solitons & Fractals” jurnalında (2023, Cild 176, 114099) dərc edilmişdur. Qeyd edək ki, “Chaos, Solitons & Fractals” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.

Məqalədə impulsiv şərtləri olan fraksiyalı Dirak sistemləri tədqiq edilir və onların əsas xassələri araşdırılır. Bu kontekstdə sistemin simmetrikliyi, məxsusi qiymətləri və məxsusi funksiyaları tədqiq edilir, sonra isə bu sistemin həllərinin mövcudluğu və yeganəliyi isbat olunur. Məqalənin sonunda bu sistemin xarakteristik funksiyası qurulur.

Məqaləyə keçid: https://www.sciencedirect.com/science/article/abs/pii/S0960077923010007

https://www.sciencedirect.com/journal/chaos-solitons-and-fractals

khazar.org