2023-cü il oktyabrın 10-da Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə səfirlikdə görüş keçirilmişdir.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, Beynəlxalq əlaqələr ofisinin rəhbəri Fatimə Vəliyeva iştirak etmişlər.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin əhəmiyyəti haqqında, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Səudiyyə Ərəbistanı Krallığının təhsil müəssisələri ilə tərəfdaşlıq istiqamətində fikir mübadiləsi aparılmışdır. Görüşdə Xəzər Universitetinin təhsil sistemi, tələbələrə təklif etdiyi proqramlar haqqında məlumat verilmişdir.

Qeyd etmək istərdik ki, səfirin də verdiyi məlumata əsasən Xəzər Universiteti Səudiyyə Ərəbistanı Krallığı tərəfindən tanınmışdır.

Görüşün sonunda hər iki tərəf hədiyyə təqdim etmişdir.

khazar.org