2023-cü il oktyabrın 5-də Rusiyanın Don Dövlət Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə Xəzər Universitetindən təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, rektor Dos. İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Tərlan Orucova, Beynəlxalq əlaqələr ofisinin əməkdaşları Fatimə Vəliyeva və Arzu Bədəlova; Don Dövlət Texniki Universitetindən rektor Prof. Besarion Meshki, Beynəlxalq əlaqələr ofisinin rəhbəri Alina Vinitskaya, rektorun assistenti Dmitriy Dzhedirov, Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis Yeganə Əhmədova iştirak etmişlər.
Görüş zamanı Alina Vinitskaya və Arzu Bədəlova tərəfindən universitetlərin təqdimatı etdirilmişdir. Görüşün müzakirə mövzusu qarşılıqlı əlaqələrin qurulması olmuş və qarşılıqlı anlaşma müqaviləsi imzalanmışdır.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyə təqdim etmişlər.