2022-ci il avqustun 31-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı ilə görüşdü. Görüşdə Azərbaycan Musiqi Akademiyasının professoru bəstəkar Ceyhun Allahverdiyev də iştirak etdi.
Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə edildi. Xüsusi halda, librettosu Hamlet İsaxanlıya və musiqisi Ceyhun Allahverdiyevə məxsus olan “Tac Mahal” baletinin tamaşası barədə söhbət oldu.