2022-ci il avqustun 30-da Türkiyənin Bilecik Şeyh Edebali Universiteti ilə görüş keçirilmişdir.
Görüşdə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, rektor İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqlər üzrə prorektor Vlad Vernygora, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Magistratura, doktorantura və elmi işlər üzrə bölmənin rəhbəri Səidə Şərifova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və Beynəxalq əlaqələr üzrə koordinatorlar Arzu Bədəlova və Hüseyn Əliyev, qarşı tərəfdən isə Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir, Baş katib Özgür Özcan, Beynəlxalq əlaqələr üzrə koordinator Murat Ağırman iştirak etmişlər.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair müqavilə imzalanmış və təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır. İmzalanma mərasimin sonunda hər iki tərəf bir-birinə hədiyyə təqdim etdi.
Qeyd edək ki, Bilecik Şeyh Edebali Universiteti 2007-cı ildə Bilecikdə qurulan dövlət universitetidir.