2022-ci il mayın 19-da Direktorlar və Qəyyumlar Şurasının görüş otağında Türkiyənin Atatürk Universiteti  ilə Xəzər Universiteti arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair müqavilə imzalanmışdır. Tədbirdə Xəzər Universitetinintəsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik  Hamlet  İsaxanlı, rektor dosent İradə Xəlilova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və Beynəlxalq əlaqələr şöbəsinin koordinatorları Arzu Bədəlova və Fatimə Vəliyeva, Atatürk Universitetinin Səhiyyə Elmləri İnstitutunun direktoru Prof. Dr. Elif Çadırcı, Direktor müavini Prof. Dr. Abdülmecit Albayrak, Klinik tədqiqat, inkişaf, dizayn təcrübəsi və tədqiqat mərkəzinin direktoru Prof. Dr. Zekai Halıcı və Əczaçılıq fakültəsinin müəllimi Prof. Dr. Yasin Bayır iştirak etmişlər.

Qeyd edək ki, əməkdaşlığa dair sənəddə universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədbirlərin keçirilməsi, birgə elmi nəşrlərin təsis edilməsi, işçi heyəti və tələbələrin mübadiləsi və bir sıra vacib məsələlər nəzərdə tutulmuşdur.

İmzalanma mərasiminin sonunda hər iki tərəf bir-birinə hədiyyə təqdim etdi.

khazar.org