2022-ci il mayın 18-də SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə Xəzər Universiteti arasında “İnkişaf İqtisadiyyatı Akademiyasi” layihəsinin başlanğıcını təsdiqləyən imzalama mərasimi baş tutub.
Layihənin əsas məqsədi Massaçusets Texnologiya İnstitutunun “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” MikroMagistr Proqramı üzrə 20 azərbaycanlı tələbənin ödənişsiz əsasda təhsil almasına töhfə verməkdir.
Müqaviləni “SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasənən sədri professor, akademik Hamlet İsaxanlı imzaladı.
Tərəflər Azərbaycanın iqtisadi inkişafında müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı gənc mütəxəssislərin yetişdirilməsinin vacibliyini vurğulayıb, əməkdaşlığın davamlı olmasına inandıqlarını bildirdilər.