2019-cu il dekabrın 16-da Xəzər Universitetinin və Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universitetində “Qış festivalı və Çin mətbəxi” adlı tədbir keçirildi.

Aılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Çinin dünya mədəniyyətindəki tarixi rolundan, son dövrlərdə dünya iqtisadiyyatının aparıcı güclərindən birinə çevrilməsindən, Çin ilə Azərbaycan arasında əlaqələrin tarixindən, həmçinin Çin dili və mədəniyyətinin qloballaşan dünyada yerindən danışdı. O, Çin mədəniyyətinin dünyaya tanıdılmasında, Çinin digər ölkələrlə mədəni, iqtisadi və elmi əlaqələr qurmasında Konfutsi institutlarının çox böyük rola malik olduğunu vurğuladı. Professor Hamlet İsaxanlı BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Xəzər Universitetindəki filialının fəaliyyətini yüksək qiymətləndirdi.

Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli tədbirin əhəmiyyətini vurğuladılar. Bildirildi ki, Çin qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir.

Qeyd edək ki, öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhur olan bu ölkədə Yeni ili dekabrın 20-də qeyd edirlər.

Tədbir musiqi proqramı ilə başa çatdı

AZƏRTAC tədbir haqqında xəbər yayıb: https://azertag.az/xeber/Xezer_Universitetinde_tedbir_Qis_festivali_ve_CHin_metbexi-1368033

khazar.org