2019-cu il dekabrın 17-də Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dr.Volfqanq Maning Xəzər Universitetində oldu.

Səfir Maning Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşdü. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, Dr. Elmar Mustafayev və Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Dr. Anar Cəfərov iştirak edirdilər.

Görüşdə səfirə Xəzər Universitetinin tarixi, onun elmi proqramları, tədqiqat potensialı, beynəlxalq əlaqələr, bundan əlavə, Xəzər Universiteti və Almaniyanın Tubingen Universitetinin bu yaxınlarda DAAD tərəfindən qrant aldığı birgə layihəsi haqqında məlumat verildi.

Görüşdən sonra Wolfgang Maning Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə görüşdü. “Liberal cəmiyyət: Bir vaxtlar parlaq nümunə –indi isə günah keçisi?” adlı seminarda müxtəlif ölkələrdə oturuşmuş liberal cəmiyyətin müsbət cəhətləri müzakirə edildi.

Seminar sual-cavab sessiyası ilə davam etdi və sonda səfir dəvətə və Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə maraqlı və interaktiv bir seminar keçirdiyinə görə, Xəzər Universiteti rəhbərliyinə minnətdarlığını bildirdi.

khazar.org