Məlum olduğu kimi, Xalq Bank “Xalq əmanəti” layihəsi ilə azərbaycanlı rəssam, yazıçı və şairlərin seçilmiş əsərlərini nəfis şəkildə çap etdirir.
2019-cu il iyunun 21-də bankın baş ofisində həmin layihənin on səkkizinci nəşrinin – üç dildə (Azərbaycan, rus və alman dillərində) çap olunmuş “Mirzə Şəfi Vazeh – Bütün əsərləri” adlı kitabın təqdimat mərasimi keçirildi. Ölkənin elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da “F.Bodenşdet və Mirzə Şəfi – həqiqət və rəvayətlər” mövzusunda çıxış etdi. O, 19-cu əsrin 40-ci illərindən bu günümüzədək baş verən hadisələr, yaradıcılıq fəaliyyətləri, yanlış və gerçəklər haqqında danışdı, həmçinin, bu layihənin vacibliyini vurğuladı.
Tədbir ölkə mediasında geniş işıqlandırılıb:
http://xalqqazeti.com/az/news/25561
http://qafqazinfo.az/news/detail/xalq-emaneti-mirze-sefi-vazehin-butun-eserleri-nesr-olundu-fotolar-255979
http://www.moderator.az/news/276186.html və s.