2024-cü il aprelin 22-də  Xəzər Universitetində Kahramanmaraş Sütçü İmam Universitetinin nümayəndə heyəti ilə görüş  keçirilib. Görüşdə qonaqlar – Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr. Alptekin Yasim, rektor müavini Prof. Dr. Nuri Kahveci, ikinci rektor müavini Prof. Dr. Orhan Doğan, baş katib Ali Rıza Bekler, təhsil nümayəndəsi Hamiran Amirli, Xəzər Universitetinin  təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, rektor İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, fakültə dekanları və nümayəndələri iştirak ediblər.

Görüş  Hamlet İsaxanlının  giriş nitqi ilə başlayıb, sonra  Xəzər Universitetinin rektoru İradə Xəlilova və  Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru  Prof. Dr. Alptekin Yasim universitetlərin  ümumi fəaliyyəti barədə  məlumat veriblər. Davamında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva Xəzər Universiteti haqqında təqdimatla çıxış edib.

Çıxışlardan sonra Xəzər Universiteti  ilə  Kahramanmaraş Sütçü İmam Universiteti arasında memorandum imzalanıb və qarşılıqlı  hədiyyə mübadiləsi olub

 Görüş çərçivəsində  Kahramanmaraş Sütçü İmam Universitetinin rektor və nümayəndə heyətinin Dünya Məktəbinə turu təşkil olunub. Burada onlar kitabxana, sinif otaqları və laboratoriyalarla tanış olduqdan sonra Nailəxanım muzeyinə ekskursiyada iştirak ediblər.

Dünya məktəbi Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətli, Ana məktəbinin rəhbəri Aynur Həsənova, Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova qonaqlara  fəaliyyət istiqamətləri barədə  geniş  məlumat veriblər.

Xəzər Universitetinin Nərimanov kampusuna səfərdə qonaqlar sinif otaqlarına  daxil olaraq  dərs prosesi ilə də  tanış oldular.

Proqram qonaqlar üçün şəhər turu və şam yeməyi ilə  başa çatıb.

khazar.org