2024-cü il fevralın 19-da Xəzər Universitetinin “Elmi Tədqiqat Nəzəri Fizika Mərkəzi”nin açılış seminarı keçirilib. Seminarda Xəzər Universitetinin müəllim-professor heyəti, tələbələr və tədqiqat mərkəzinin əməkdaşları iştirak edib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı tədbiri açaraq, mərkəzin işinə uğurlar arzuladı. Mərkəzin direktoru Şahin Məmmədov tədqiqat mərkəzinin fəaliyyət istiqamətləri və görüləcək işlər barədə geniş məlumat verdi.

Mərkəzin əməkdaşlarından biri olan Dr. Bəhruz Süleymanlı “Kondensə olunmuş hal və hipernüvə fizikasında orta sahə nəzəriyyəsi” mövzusunda çıxış edib və seminar iştirakçıların müzakirələri ilə öz işini başa çatdırıb.

Sonda məruzəçi Dr.Bəhruz Süleymanlıya sertifikat təqdim olunub.

khazar.org