2024-cü il fevralın 8-də Türkiyə Marmara Vəqfinin başqanı Akkan Süver, Vəqfin Baş katibi Sezgin Biliç və İstanbul Qalata Üniversitetinin rektoru Özgür Çengel Xəzər Universitetində oldular.

Qonaqları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli qarşıladı və tərəfləri maraqlandıran məsələlər müzakirə olundu. Akkan Süver Hamlet İsaxanlı, İradə Xəlilova və Əlövsət Əmirbəyliyə yeni çapdan çıxan kitabını hədiyyə verdi.

Özgür Çengel Qalata Universiteti və oradakı ixtisaslar haqqında geniş məlumat verdi və “Xəzər”in rəhbərliyini universitetə dəvət etdi.

khazar.org