2024-cü il yanvarın 31-də Kotanlı restoranında konfrans iştirakçıları üçün böyük ziyafət verildi. Bədii-musiqili şam yeməyi zamanı Hamlet İsaxanlı, Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski, Yan Maliski (Varşava Universiteti), Səlcuk Önal (Türkiyə) və digərləri çıxış edərək, davam etməkdə olan konfransın əhəmiyyətindən və yüksək səviyyədə təşkilindən danışdılar.

Ziyafətdə mükafatlandırma baş tutdu. VMF Holdinq tərəfindən Hazırlanmış, üzərində Məhəmməd Əmin Rəsulzadənin şəkli və imzası və imzası olan saat Səlcuk Önal, Səbahəddin Şimşir, Salavat İsakov (Rusiya) və Tohid Məlikzadəyə (İran) təqdim olundu.

Ziyafət iştirakçıların xoş əhval-ruhiyyəsi ilə başa çatdı.

khazar.org