Əli Rza Xələfli

Həyat çox mürəkkəbdir və bəzən çox hazırlıqlı adamı da çaşdıra bilir. Çaşqınlıq, əsəbi gərginlik, həyatın gözlənilməz təpkilərinə yetərincə hazır olmamaq insanın faciəsinə də səbəb ola bilər. Amma insan təbiət və cəmiy- yət arasındakı görünməz əlaqənin qanunauyğunluqlarını dərk etməklə, bəlkə də vaxtından əvvəl, qabaqcadan insani bir instinktlə, duymaqla özünü mühafizə edə bilər. H.İsaxanlının poetik yaradıcılığını və demək, eləcə də “Ziyarət” poemasını insan və cəmiyyət, insan və təbiət arasındakı əlaqələr haq- qında ədəbi traktat da hesab etmək olar. Çünki onun həyatla nəfəs alan ob- razları cəmiyyət içərisində dünyanın harasında olur-olsun, baş verən ən axır gözlənilməzliklərə təmkinlə münasibət bildirir. Sanki elə hadisələrin gözlə- nilməz yox, təbii axarla da baş verdiyini qabaqcadan duyur. Bununla da özünü sarsıntılar qarşısında qoymur. Çox ustalıqla özünü baş verən hadisə- lərin mürəkkəbliyindən kənara çəkməməklə, elə hadisələrin içindəcə çıxış yolunu tapır. Çünki birinci növbədə, o, özünü təbiətdən və cəmiyyətdən təcrid eləmir, özünü cəmiyyətin bir üzvü hesab etdiyi kimi təbiətin də bir par- çası kimi duyur. İnsanın formalaşmasına, müəyyən dünyagörüşə malik ol- masına qədərki dövr əslində onun həyatının mənəvi əsaslarının yarandığı, mükəmməlləşdiyi dövrdür. Hamletin uşaqlıq və yeniyetməlik çağlarını onun mə- nəvi həyatının romantik mərhələsi də hesab etmək olar. Bu mərhələni aydın dərk etmək üçün onun yaradıcılığındakı müəyyən məqamlara daha dərindən yanaşma, onun hisslərinin, duyğularının həmin çağları göstərən təzahürünə yaradıcılıq aləminə vara bilmək gərəkdir. “Ziyarət”də belə bir hissə təbiiliyi və səmimiliyi ilə xüsusilə diqqəti cəlb edir: “suvararkən bağ-bostani”
Kənddə böyüyənlər, kənd həyatının zəhmətlə yoğrulmuş uşaqlıq çağla- rını yaşayanlar bağ-bostanı suvararkən nələrin baş verdiyini yaxşı bilirlər.
Gün başına döysə də, bəzən gücün çatmayıb yorulsan da ləklərin arasındakı körpə şitillərə xəyanət eləmək olmaz. Hətta bəzən su zəif gəlsə də, ləkləri axıracan suvarmalısan. Suyun çatmadığı, bircə şitilin yanğıdan çəkdiyi “ağ- rı, əzabları” özün duymalısan. Əvəzində su içən şitilin xəfif küləkdən titrəyən yarpaqları sanki səninlə dil açıb danışır, sənə təşəkkür eləyir. Bəlkə dəh- nədən suyu vaxtsız kəsiblər, su basıb arxı dağıdır, yönünü dəyişir. Arx boyu dəhnəyəcən getməlisən burada da vaxt hesablanır. Su ilə bahəm bağa-bosta na qayıtmalısan. Axı suyu da bostana qədərincə verməlisən. Artıq içilən su- yun nə dərd gətirəcəyini babamız Nizami zamanında deyib. Həmin gənc yeni- yetməlik çağlarını ləklər arasında, bağ-bostanda, arx üstündə kitabları ilə bir yerdə keçirən o gənc, bəlkə hələ uşaq indi Yaddaş Sahibidir. İndi o yerlərə qa- yıdarkən üstündən yellər əsmiş, zamanlar keçmiş o arxları gözü ilə axtarır. Tanış bir mənzərə görərkən ayaq saxlayır, yaddaşı ilə döyüşə çıxır. Yaddaşın ona qaytardıqlarını pıçıltı ilə danışmağa başlayır. Bir vaxt gəlir ki, o pıçıltılar onun xəyalındakı səliqəli ata, anna zəhmətilə düzəldilmiş ləklər kimi misra- lara çevrilir.
Meylimi mən kitablara,
Göyə, dağa, düzə saldım.
Bir də əngin xəyallara
Sözə… ala gözə saldım.
Həyat eşqiylə alışdım!
Beləydim, belə də qaldım.
Nə qəribədir, meylini kitablara salmış, kitablarla bahəm göylə, dağla, düzlə qovuşmuş o uşaq, indi ruhunda olan həyat eşqinə görə həmin günlər- dəki xəyallarına sığınır və sanki bu gün sevinir ki, bir zaman həmin xəyalla- ra, həmin uçub getmiş dünyaya meylini salıb.
O dünyanın adı indi xəyallarına çevrilmiş həmin göylərdir, həmin dağ- lardır, həmin düzlərdir və o zaman sinəsinə sıxdığı kitablardır. Elə bil ki, o kitabların içində döyünən ürəyi, çağlayan hissləri, duyğuları o göylərlə, o dağlarla bahəm bir yerdə ruhuna hopdurub. Qətiyyən nəzərdən qaçıra bilmə- rik. Bu romantik duyğulanmaların arasındakı nadir söz obrazını şair onu “ala göz” adlandırır. Və onun ilk sevgisinin adı elə o “ala göz”dür. Və bu gün bir də ona sevinir ki, uşaqlıq yaddaşında saf, kövrək duyğuların eyni paklıq və kövrəkliklə yoğrulmuş mənəvi saflığında qoruyub saxlayır. Söz onun üçün yenə elə “ala göz”dür. Yenə onun duyğulanmalarının, qeyri-adi hisslərinin qaynağıdır. İndi yenə elə həmin “ala gözün” eşqi ilə çırpınır, qapı-bacadakı çalışmaları, bir kənd uşağının bir vaxt gördüyü işləri təzədən xəyalında canlandırır, beləliklə, o “ala göz” sözdür ki, onu şair ala göz ad- landırır. O dağlarla bahəm bir yerdə ruhuna hopdurur:
Qapı-bacada çalışdım, Ala-toran, axşam çağı. Boş durarmı kənd uşağı?! İşin tərs üzü də vardı:
Məni aludə olduğum Kitablardan ayırardı.
Demək, Yaddaş Sahibinin taleyi nə qədər kitablarla bünövrə daşı qo- yubsa, elə o qədər də o bünövrə daşının bir tərəfindən yapışan əl zəhməti olub. Kitablara aludəçiliyə, kitablarla arasında olan məhrəmliyə bir kənd uşağının görəcəyi işlər mane olmayıb. Həmin o tərs üzü olan ağır zəhmət onun gələcək həyatının əsası olub, qələmi ilə dünyanı dörd dolanıb. Gecələri yuxusuz qalıb, əslinə qalsa bu gün yazdıqlarını o elə həmin arx üstündə ya- zıb, xəyalında yazıb, yaddaşında yazıb və zaman-zaman təzədən o aləmə qa- yıtmaqla o vaxt xəyalına yazdıqlarını indi kağıza köçürüb:
Suvararkən bağ-bostanı Qoşardım neçə dastanı… Suyu incə ram etməyi,
Su üstə söz düzəltməyi Sevən oğlan indi hanı? Varmı bir söz ərməğanı?
Kağızların üstündə bostan ləklərinə bənzər bəzən kövrələrək göz yaşları ilə suvarılan misraların hərarəti, odu, atəşi indi də oxucunu ona görə yandırır ki, o misralar, o sözlər, o sözün “ala gözlük” timsalında təzühürü ürəkdən su içib. Könül aləmindən qidalanıb, ona görə də bü gün onun rişələri elə Yad- daş Sahibinin mənəvi varlığının dərinliklərinəcən hopub. İndi ona görə o misralar Yaddaş Sahibinin öz təbirincə desək, o “ala göz” sevgi ünvanı bu qədər həyatidir, bu qədər yaşarıdır. Çünki o, əbədi sevda, o müqəddəs sevgi bir vaxt onun ruhunun pak olduğu, mənəvi aləminin saf, dumduru bulaq suyu kimi çağladığı zamanlarda onun varlığına yol tapıb. Onunla dilbir, əlbir olub. Onun özünə çevrilib:
Bəxtim gülür ara-sıra, Bir sevda qonur başıma. Bu fikir, bir neçə misra Hakim olur yaddaşıma.
Ucalıq eşqilə, könül aləminin daha yuxarılarında pərvaz eləmək diləyi ilə xəyal qanad çalır. Amma insanın özü ruhən göylərdə olsa da, cismən hə- yatın keçilməzlikləri arasındadır. Çətindir, ruh, xəyal başqa bir aləm istəyir, gözün gördüyü isə tamam başqa bir aləmdir. Hər halda könül öz nəğməsini oxuyur – bəzən zilə qalxa bilməsə də.
Zilə qalxa bilməsək də, Mahnını pəsdən demək də Könlümüzün istəyidir.
Vəsf etsək də zirvələri, Dağın ən səfalı yeri Gül-çiçəkli ətəyidir.
Ümumiyyətlə, Hamletin yaradıcılığında ziddiyyətləri qarşılaşdırmaq, poetik müqayisələr aparmaq əsas yaradıcılıq üslubudur. Təsvirlər onun məq- sədi üçün fikrinin kompleksini tamamlamağa imkan verməyəndə fikrinin gərginliyini belə ziddiyyətlərin qarşılaşması anında həll edə bilir. Zirvələrin vəsf olunması, tərənnüm edilməsi nə qədər onun ruhunu qanadlandırsa da o, yenidən sanki öz əhatəsinə qayıdır, daha böyük gözəlliyi elə öz yanında gö- rür. Necə ki, “dağların ən səfalı yeri gül-çiçəkli ətəyidir”. Sanki təbiət onun tapınacaq yeridir. Elə özünü də təbiətin varlığında tapa bilir, təbiətə güvə- nəndə, təbiətlə qovuşanda körpə uşaq anasının qucağına sığınan kimi rahat- lıq tapır. Təbiət onun üçün ana qucağıdır. O, bu aləmdə özünü Tanrının hi- mayəsində görür:
Nəşəlidir sərin axşam,
Göydə aydır, yerdəsə şam.
Sevən qəlb nə duyğuluymuş!
Sevdalı ruh, qaynar ilham –
Şairliyin kökü buymuş!
Demək, ruhu sevdalandıran, ona qaynar ilham verən duyğulandıran qəlb sərin axşamın, göydə Ayın, yerdə ana gözlərindən gülən işığın oxşamalarıdır insanı yaşadan, insanın ruhunu qanadlandıran, ona inam və güc bəxş edən və bəlkə H.İsaxanlı hissi, duyğusu ilə gəldiyi qənaətində – şairliyin kökü bu imiş
– daha çox doğrudur.Görkəmli amerikan filosofu, Uill Dürant (1885-1981) “Fəlsəfi hekayətlər”ində sanki təkcə özünü yox, dünyanın ən görkəmli filo- soflarının – Platonun, Aristotelin, Frensiz Bekonun, Spinozanın, Volterin və fransız maarifçilərinin İmmanuel Kantın və alman idealistlərinin – Şopen- hauerin, Herbert Spenserin, Fridrix Nitşenin… və bir çox görkəmli dünya filosoflarının fikirlərini ümumiləşdirməklə dünya fəlsəfi fikrinin mənzərəsini yaratmışdır. Onun Spinozanın düşüncələri ilə bağlı mülahizələri Tanrı və təbiət obrazlarının müqayisəsində çox maraqlıdır. Təbiət və Tanrı zənciri bir çox hallarda bir-birinə qovuşmuş olan bu tərəflər əslində cəmiyyətin özünün formalaşmasının əsasını təşkil edir. Şübhəsiz, birinci növbədə təbiət və Tan- rı fərdi mənəvi aləmindən keçib, cəmiyyətdə ehtiva olunur:
“Tanrının yardımı ilə mən təbiət deyərkən müəyyənləşmiş və dəyiş- məz nizamı və ya təbii hadisələrin zəncirini nəzərdə tuturam; təbiətin universal qanunları və Tanrının əbədi fərmanı eyni şeydir. Tanrının hü- dudsuz təbiətdən qaynaqlanan hər bir şey eyni zərurət vasitəsilə, eyni üsulla baş verir. Bir dairənin qanunu digər dairələr üçün nədirsə, Tanrı da dünya üçün odur. Substansiya kimi, Tanrı da səbəbiyyət zəncirinə və ya prosesinə bağlıdır, hər bir şeyin əsasında yatan şərtdir, dünyanın qanunu və strukturudur. Modusların və şeylərin bu konkret kainatı öz layihəsinə, öz strukturuna bir körpü olaraq Tanrıdır, riyaziyyatın və me- xanikanın qanunlarına uyğun bir şəkildə qurulmuşdur; bunlar dünyanı öz üzərində saxlayın bazisdir, başlıca şərtdir, substansiyadır, – onlarsız hər şey çökərdi. Dünyanın özü də sanki bir körpü kimi onun strukturu və qanunları vasitəsilə saxlanılır, – o, Tanrının əlində qorunur”.
Nədənsə H.İsaxanlının təbiətlə bağlı poetik düşüncələrini oxuyanda, istər-istəməz Spinozaya əsaslanan Uill Dürantın mülahizələri yadıma düşdü. Mənə elə gəldi ki, Hamletin bu duyğulanmaları ilə Tanrının iradəsi və təbiə- tin qanunları arasındakı reallıq o, balaca çocuğun – bağ-bostan suvararkən xəyallara dalan uşağın, 30-40 il sonrakı yaşantıları arasındakı reallığın eynidir:

Ola bilər qaş qaralsın, Suçunun səbri daralsın.
Ya xəyal göyə ucalsın – Diqqətli ol, fikir ver ki,
Su bir yerdə göllənməsin… Bu halətlə mümkünmüdür Şair qəlbli həssas çocuq Cuşa gəlib dillənməsin?!
Bu şairin cuşa gəlib dillənən uşaq qəlbində Tanrını görməsidir. Uill Dü- rantın fikirlərinin davamına diqqət edək:
“Tanrının iradəsi və təbiətin qanunları müxtəlif frazalarla ifadə olun- muş eyni reallıqdır. Buradan belə bir nəticə çıxır ki, bütün hadisələr dəyişməz qanunların mexaniki fəaliyyətidir, ulduzlarda məskunlaşan amansız hökmdarın şıltaqlığı deyildir. Dekartın mexanisizmi materi- yada yalnız cismi görürdü, Spinoza ruhda Tanrını gördü. Bu, determi- nizm dünyası idi, niyyət dünyası deyildi. Çünki biz şüurlu məqsədin gerçəkləşdirilməsi üçün fəaliyyət göstəririk, güman edirik ki, hər bir proses belə bir məqsədə malikdir. Biz insan olduğumuz üçün güman edirik ki, bütün hadisələr insana aparıb çıxarır və onun ehtiyaclarını ödəmək üçün layihələndirilmişdir. Amma bu, antroposentrik bir güman- dır. Bizim təfəkkürümüz çox zaman belədir. Fəlsəfədə ən böyük səhvlə- rin kökü ondadır ki, biz öz insani niyyətlərimizi obyektiv kainatdan üs- tün tuturuq. O vaxtdan da bizim “şər problemimiz” başlayır; biz həyat xəstələrini sağaltmaq üçün Tanrının xeyirxahlığı ilə mübarizə aparırıq, amma biz belə bir dərsi unuduruq ki, Tanrı bizim kiçik yaxşılıqları- mızdan və pisliklərimizdən, xeyirimizdən və şərimizdən kənardadır”.
Görkəmli filosofun qeyd etdiyi kimi Tanrının təbiətlə eyniləşməsi varlığı və qırılmazlığı insanın təbiətə can atması, insanın təbiətlə bahəm gözəllik aləminə, saflığa can atması Tanrıya qovuşmaq istəyindən başqa bir şey deyil. Tanrı bizim yaxşılıqlarımızdan və pisliklərimizdən ona görə kənar- dadır ki, biz ona pisliklərimizlə bahəm qovuşa bilmərik. H.İsaxanlı təbiətlə qovuşma anındakı düşüncələrində nə qədər yerlə, göylə əlləşsə də, son nə- ticədə onu sehrli aləmə aparan təbiətin bir parçasında qərar tutur və real in- san olaraq sanki uşaqlığının tarixçəsini danışır əlbəttə, Yaddaş Sahibinin timsalında. Danışılan əhvalat çözülən hekayə o qədər kövrək, o qədər duyğuludur ki, sanki qar altından çıxan zərif bir çiçəkdir. Artıq qeyd etdiyimiz kimi o zərif çiçəyin özü qar altından çıxmağın əzablar daşıyıcısıdır, onunla kobud rəftar etmək olmaz. Elə onun özü qədər, o qar altından çıxan çiçəyin zərifliyi qədər incəliklə, zərifliklə, kövrəkliklə ona yanaşmaq istəyi ol- malıdır. Bu yanaşmanın bəhrəsi əlbəttə, kövrək pıçıltılara çevriləcək:
Yadındamı, xoş baxışdan Könül həyəcan duyardı? Bir oğlan da yaranışdan Xəyallarla yaşayardı?!
Burada ünvan nə qədər dəqiq və aydındırsa, bir o qədər nazik bir tül al- tına, dağdan keçən seyrək duman altına düşüb. Sanki Yaddaş Sahibinin “ala göz” sözə ünvanladığı sevginin sahibi də üz göstərir. Çəkinə-çəkinə, utanan, həyalanan bir ismətlə. Biz uşağın birini görürük. O, uşağı görürük ki, hələ in- cəlik, zəriflik, kövrəklik aləmindən çıxmayıb, bu aləmdən qopmayıb. Ancaq onun bu sirli-sehrli aləminə mərhəm olan da var. İndi xəyalın dumanlıqları arasından baxıb onu görə bilir. Onun – o “ala göz”ün bir xoş baxışından bu uşağın könlü həyəcana gəlirmiş. Həm də o arx kənarındakı oğlanın həyəcana gəlməyi təsadüfi deyil, axı o elə yaranışdan xəyallarla həmdəm olub, xəyal- larla yaşayıb. İndi zaman keçəndən sonra onun “yadındamı?” deyə müraciəti çox səmimi səslənir. Bu uşaqlıq aləminin sakinləri gərək yaddan çıxarmasın- lar. Axı o vaxt onların arxından (həm də arasından) boz-bulanıq sular axardı:
Yadındamı, arxımızdan Boz-bulanıq su axardı? Bir oğlan da ağ kağızdan Hey gəmilər axıdardı?!
O, oğlan o vaxt yol axtarırdı, bəlkə bu arxla gedən su arzuların o başı- nacan geib çatacaq, bu su o qədər gedəcək ki, son anda, son mənzildə insan- ların ürəklərindəki arzularının hamısının çiçəkləndiyi müqəddəs bir məkana çatacaq. Onun öz əli ilə düzəltdiyi kağız gəmilər onu həmdəmi ilə birlikdə arzuların çiçəkləndiyi yerə aparacaq:
Yadındamı, lövbər salıb O gəmilər dayanardı? Bir oğlan da izin alıb Göy sahilə yollanardı?!
İnsan hisslərinin, insan duyğularının ən nadir yaşantılarının sözə gətiril- məsi, sözə çevrilməsi və bu yolla insanların mənəvi aləminə bir-birini başa düşmək üçün körpü yaratmaq istəyi… bu, H.İsaxanlının müəllif kimi böyük uğurudur. O uşağı qanadlandıran duyğular, onun dayandığı sahilin qarşı tə- rəfindəki könlünə həmdəm olan qız elə həm də onun ruhunun ən zərif çiçə- yidir. Onun şəninə nəğmələr oxuyur, bülbül kimi ötür, uçmaq, qanadlan- maq, səmada qoşa göyərçin kimi pərvazlanmaq istəyi uşaq aləminin ən gö- zəl lövhələridir:
Yadındamı, o sahildə
Gülə bənzər bir qız vardı?
Bir oğlan da xeyli zildə
Bülbül kimi oxuyardı?!
Buradakı saflığı, təmizliyi görməmək, sözlə yaranmış mənzərədəki İlahi gözəlliyi duymamaq mümkün deyil. Bu mənzərə hər birimizin həyatında var. Əlbəttə, o aləmi yaşamış olanlardan söhbət gedir. Amma eyni zamanda bu bir tarixi hadisə deyil, ancaq bütün tarixi hadisələrdən daha canlı, nəfəsli və ruhludur. Ona görə ki, biz o misraların arasında döyünən şair ürəyini gö- rə bilirik. Hekayət isə davam edir. Bəs o gəmi hara getdi? Bəs o qız necə ol- du? O oğlanın izsiz, soraqsız itməsi qızın taleyində hansı izi buraxdı?
Və yenə müəllifin özü bu suallara qəlbindən qopmuş hisslərin, duyğula- rın bir parçası kimi cavab verir:
Yadındamı, gəmi getdi, Gözü yaşla doldu qızın? Bir oğlan da tamam itdi, Gül bənizi soldu qızın?!
Burada yaxşıdan və pisdən heç bir söhbət gedə bilməz. Bu lövhədə olan- lar bölgülərdən çox yuxarıdadır. Bu mənzərənin təbiətində olan saflığa yax- şılıqlar qibtə edər, pisliklər həsəd aparar. Uill Dürant nə qədər doğru deyirmiş:
“Yaxşı və pis insani və çox zaman fərdi zövqlər və məqsədlər ucbatın- dan nisbidir və kainat üçün heç bir əhəmiyyətə malik deyildir. Kainat miqyasında götürüldükdə isə fərdlər, sadəcə olaraq, gəldi-gedərdir. Əgər bizə təbiətə nəsə gülməli, mənasız və şər kimi görünürsə, bu çox zaman bizim biliyimizin qərəzli olması ucbatından, biganəlik üzündən baş verir. Həmçinin, o səbəbdən ki, biz hər şeyin bizim zəkamızın tə- ləbinə uyğun qurulmasını istəyirik. Bizim zəkamızın pis bir şey kimi bəyan etdiyini təbiətin nizamı və universal qanunları heç də pis hesab etmir, onları yalnız bizim bu təbiətimizin ayrılıqda ötürülmüş qanun- ları hesab edir… (Yaxşı və pis terminləri özlüyündə nəzərdən keçiril- dikdə heç bir pozitiv məna kəsb etmir)”.
Uill Dürant insan və təbiət münasibətlərini düşüncə sistemində memar kimi qurur. Biz memarın yaratdığı nəhəng bir sarayı görürük. Ancaq o sa- rayın naxışları, incəlikləri, zəriflikləri çatmır. Bu görmək istədiymiz naxışlar şairin hissləri və duyğuları ilə süslənmiş sözlərdir, misralardır, poetik lövhə- lərdir. Uşaq quruyan arxın axmazlığına baxır, o daha gəmi ilə səyahətə çıxa bilməz. İndi o kağızdan təyyarələr düzəldəcək:
Yadındamı, arxımızdan Axan sular quruyardı?
Bir oğlan da ağ kağızdan Təyyarələr uçurardı?!
Görünənin nisbiliyi, birinin tərəfindən yaxşı, digərinin tərəfindən pis qəbul olunması, yaxud insanın musiqiyə münasibətdə yaşantıları…bütün bunlar əslində həyata münasibətin görüntüləridir. Quruyan arxa münasibət- də də uşağın yaşantıları əslində 50 il sonrakı dövrün kamillik zamanında ya- şanan həyatın eskizləridir. Bu mənada şairin psixoloji məqamları reallığa uyğunlaşdıraraq poetik dilə çevirməsi filosofun insanın həyat hadisələrinə münasibəti ilə eyniləşir:
“Eyni bir şey eyni zamanda pis də ola bilər, yaxşı da, biganə də. Məsələn, musiqi melanxolik üçün yaxşıdır, qabaqcadan əmələ gəlmiş elə yanlış fikirlərdir ki, əbədi reallıq onları tanıya və qəbul edə bilməz. Doğrudur ki, dünya təbiətin bütün sonsuz, hüdudsuz, hədsiz, intəhasız illüstrasiyası ola bilər, lakin insanın, sadəcə olaraq, xüsusi ideallarının illüstrasiyası ola bilməz. Yaxşı və pislə bağlı məsələ necədirsə, eybə- cər və gözəllə bağlı məsələ də elədir. Bunlar da, həmçinin, subyektiv və şəxsi terminlərdir, kainat tərəfindən onlar heç nə ilə şərəfləndirili- məyəcəklər. Mən səni xəbərdar edirəm ki, mən təbiətə nə gözəlliyi, nə də deformasiyanı, nə nizamı, nə də qarşılıqlığı aid etmirəm. Şeylər yalnız bizi təxəyyülümüzə münasibətdə gözəl və ya eybəcər, nizamlı və ya qarışıq adlandırıla bilərlər. Məsələn, hər hansı bir obyekt bizim sağlamlığımıza səbəb olmuşsa, biz onu gözəl adlandırırıq; əgər yox belə deyilsə, belə obyektləri eybəcər adlandırırıq”1
İndiki, məqamda yeridir ki, H. İsaxanlının şəffaf düşüncələrinin bizim ruhumuza sağlamlıq gətirəcəyinə inamımızı təsdiq edək. H.İsaxanlının poe- ziyasında ruhu, onun real mənəvi həyatını çox vaxt üstələyir. Belinskinin tə- birincə desək şairin ruhu, şairin özünü kölgədə qoyur. Əslinə qalsa bu şairin özünün ruhu ilə doğmalığından irəli gəlir. Demək, o, balaca uşağın düzəltdi- yi kağız təyyarələr küləyin gücü ilə səmaya qalxıb dövr eləyəndə elə şairin ruhu da indiki anda xəyalları ilə birgə göylərdə olur:
Yadındamı, təyyarələr Göy üzündə dolanardı? Bir oğlan da üzdən gülər, İçdən alışıb yanardı?!
Burada şairin yaradıcılığı ilə onun sənəti yaradan mənəvi varlığının har- moniyası ilə xəyallarını yaşadan yerin, yurdun insanları arasında sarsılmaz bir bağlılıq, genetik qohumluq var. Hamletin şeirlərində hisslər, duyğular bəzən o qədər güclü, o qədər təzə-tər, ayrılıqda götürülmüş və eyni zamanda bütün insanlığın hisslərini, duyğularını ifadə edən lirikası o qədər fərdiləşir ki, bəzən düşünürsən bu misraları başqası oxusa, həmin təzəliyi, həmin köv- rəkliyi itirə bilər. Bu mənada Hamletin şeirləri, kövrək poeziyası özünə çox bənzəyir, onu çox böyük həssaslıqla tamamlayır.
Poeziya şairin ruhundan qopmuş zərrələrdir. Əsil poeziya elə müəllifinə bənzəməlidir.

Ədəbiyyat:

Uill Dürant. “Fəlsəfi hekayələr”. Zəkioğlu. Bakı, 2006, s. 162.
Uill Dürant. “Fəlsəfi hekayələr”. Zəkioğlu. Bakı, 2006, s. 163.
Uill Dürant. “Fəlsəfi hekayələr”. Zəkioğlu. Bakı, 2006, s. 164.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.