[:az]2018-ci il fevralın 16-da Xəzər Universitetinin Mərmər salonunda Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahiblərinin Peşə Birliyinin (İLESAM) dəstəyi ilə hazırlanmış Elçin Arifoğlunun Xocalı soyqırımına həsr edilmiş “Kağız qəbir” filmi nümayiş olundu. Tədbirdə rektor Hassan Niknafs başda olmaqla universitetin rəhbərliyi, əməkdaşları, tələbələr və qonaqlar – İLESAM-ın Baş müdiri Mehmet Nuri Parmaksız və İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mətbuat katibi Xəyal Rza iştirak edirdilər.

Filmin nümayişindən əvvəl universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı çıxış edərək, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanda və xarici olkələrdə tədbirlərin keçirildiyi haqqında danışdı, Türkiyənin müxtəlf qurumları və ziyalılarının bu sahədəki işini xüsusi qeyd etdi və nümayiş olunacaq filmin də buna bariz nümunə olduğunu söylədi.

İLESAM-ın Baş müdiri Mehmet Nuri Parmaksız çıxışında Xocalı faciəsi qurbanlarının xatirəsinin Türkiyədə də daim yad edildiyindən və filmin məziyyətlərindən bəhs etdi.

Sonra film nümayiş olundu və tamaşaçılarda dərin təəssürat yaratdı.

http://www.khazar.org/az/news/article/2969[:en]A film “A Paper Grave”, directed by ElchinArifoghlu, with the support of Scientific and Literary Work Owners’ Association of Turkey ILESAM, dedicated to the Khojaly Massacre, was demonstrated in Marble hall of Khazar University on February 6, 2018. Dr. Hassan Niknafs, rector of the university, as well as the university administration, staff members, students and guests – Mehmet Nuri Parmaksiz, chief executive of ILESAM, and Khayal Rza, ILESAM representative in Azerbaijan and a spokesman of Azerbaijan Union of Writers, participated at the ceremony.

Before demonstration, Isakhan Isakhanli, vice rector for Administration and Student Affairs, delivered a speech and mentioned that ceremonies dedicated to the 26th anniversary of the Khojaly Massacre are organized in Azerbaijan and abroad, highlighted the work of the various organizations and intellectuals of Turkey and said that the film to be demonstrated is an obvious example.

In his speech, Mehmet Nuri Parmaksiz, chief executive of ILESAM, mentioned that the victims of the Khojaly Massacre are always remembered in Turkey, and appreciated the merits of the film.

Afterwards, the film was demonstrated which made a deep impression on the audience.

http://www.khazar.org/en/news/article/2969[:]