[:az]
2018-ci il fevralın 14-də Türkiyənin İstanbul şəhərində Lütfi Kırdar Konqres Mərkəzində EURIE-2018 Sammitinin rəsmi açılışı oldu. Sammitdə dünyanın 80 ölkəsindən 400-ə yaxın universitet, institut, təhsil qurumları və digər təşkilatlar iştirak edirdilər. Açılışda Türkiyənin və xarici ölkələrdən dəvət olunmuş dövlət rəsmiləri çıxış etdilər.
Sammitin rəsmi açılışından sonra konqres mərkəzində universitetlərin və digər qurumların Təhsil Sərgisinin nümayişinə başlanıldı. Rəsmi qonaqlar Xəzər Universitetinin sərgi salonunu ziyarət etdilər. Hər il olduğu kimi, bu il də Xəzər Universiteti öz sərgi salonu ilə seçilirdi. Universitetin sərgi salonunda bakalavr, magistr, doktorantura bölmələrini özündə əks etdirən xüsusi banerlər, Azərbaycanın və Xəzər Universitetinin bayraqları, masaüstü broşürlər, bloknotlar, qələmlər, çantalar və digər əşyalar var idi. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli sammitin ilk günü universitet adından brifinq təşkil etdi.
Xəzər Universitetini ziyarət edən çoxsaylı qonaqlar universitet haqqında xoş sözlər söylədilər. Sammitin ikinci günü Malayziyanın Elm və Ali təhsil naziri İdris Yusuf və rəhbərlik etdiyi nümayəndə heyəti şəxsən Xəzər Universitetini ziyarət etdi və universitetlə yaxından tanış oldu. Ə.Əmirbəyli malayziyalı naziri Bakıya, Xəzər Universitetinə dəvət etdi. İdris Yusuf dəvət üçün dərin təşəkkürünü bildirdi. Sammitin üçüncü günü EURAS-ın prezidenti, Dr. Mustafa Aydın Xəzər Universitetinin sərgi salonunu ziyarət etdi və sərgi salonu haqqında xoş sözlər söylədi və Universitetin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. M.Aydın Xəzər Universiteti tərəfindən summitə həsr olunmuş xüsusi təqvimləri çox bəyəndiyini və bu cür təşəbbüslərin EURAS-ın digər üzvləri tərəfindən də həyata keçirilməsini arzuladı. Elə həmin gün Ə.Əmirbəyli EURAS-ın İdarə Heyətinin toplantısında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının adından iştirak etdi. EURIE-2018 Sammitinin Təşkilat Komitəsi adından Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya şəxsən təşəkkür elan edildi.
EURIE-2018 Sammitində Xəzər Universitetinin sərgi salonunu İngiltərə, İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərən universitetlərin nümayəndələri ziyarət etdilər. Bütün qonaqlara Xəzər Universiteti haqqında geniş məlumat verildi və universitetin hədiyyələri təqdim edildi.
Sammitin sonuncu günü xatirə şəkli çəkildi.
[:en]An official opening ceremony of the EURIE-2018 Education Summit was held at the Lutfi Kirdar Congress Center in Istanbul, Turkey, on February 14, 2018. Approximately 400 universities, institutes, educational institutions and other organizations from 80 countries participated at the summit. Government officials of Turkey and other foreign countries also participated at the opening ceremony.
Universities and other educational institutions took part in Education Exhibition after the opening ceremony of the summit. Official guests visited exhibition hall of Khazar University. Like previous years, the exhibition hall of Khazar University was distinguishable from the others. In the exhibition hall of Khazar University, there were special banners with information on Bachelor, Master and Ph.D. degrees, flags of Azerbaijan and Khazar University, desk brochures, pamphlets, pens, bags and other items. Alovsat Amirbayli, Director of Public Relations and Media of the University, held a briefing on behalf of the University.
The exhibition hall of Khazar University was highly appreciated by the visiting guests. Idris Yusif, Minister of Science and Higher Education of Malaysia visited Khazar University and got closely familiar with it. A. Amirbayli invited the minister to Baku, Khazar University. Idris Yusif expressed his deep gratitude for the invitation. Dr. Mustafa Aydın, the President of EURAS, visited the hall of Khazar University on the third day of the summit, praised the university hall and thanked university administration. M.Aydin mentioned that he highly appreciated the calendars, which had especially been designed for the summit, and stressed that it is desirable that other members of EURAS follow this practice. On the same day, A.Amirbayli participated at the meeting of Board of Directors of EURAS on behalf of Prof. Hamlet Isakhanli, the Founder of Khazar University and the Chairman of its Board of Directors and Trustees. The Organising Committee of EURIE-2018 expressed a special gratitude to Prof.Hamlet Isakhanli, the Founder of Khazar University and the Chairman of its Board of Directors and Trustees.
Staff members of universities from England, Italy, USA, Russian, Turkey, Ukraine and other countries visited the hall of Khazar University. Guests were provided with full information on the University and the university presents were given to them.
On the last day of the Summit, memory photos were taken.