Dekabrın 21-də Xəzər Universitetinin Mərmər zalında universitetin Təhsil fakültəsinin Azərbaycan dili və ədəbiyyatı departamentində tədris olunan Türkologiyaya giriş, Türk ləhcələrinin müqayisəli qrammatikası fənlərinin müəllim və tələbələri tərəfindən hazırlanmış və Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yubileyinə həsr olunmuş “Türk Dünyası Bilgi Şöleni” adlı ədəbi-musiqili tədbir keçirildi.
Tədbirdə professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi, əməkdaşları və tələbələri, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Adem Keleş, AMEA Folklor İnstutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri, professor Əli Şamil, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, AMEA Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva, 365 xəbər.com-un təsisçisi Anar Əsəd və media mənsubları iştirak edirdilər.
Tədbirin məqsədi 200 milyondan çox insanın daxil olduğu böyük Turan ailəsinə diqqəti cəlb etmək, türk dünyasının dil yadigarları və folklor nümunələrini iştirakçıların nəzərinə çatdırmaq idi.
Tədbir tələbələrdən ibarət xorun ifasında türk xalqlarının birliyini tərənnüm edən “Turan marşı”nın ifası ilə başlandı.
Azərbaycan dili və ədəbiyatı departamentinin müəllimi Dr. İlahə Qurbanlı və Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədli çıxış edərək, tədbirin ideyasını və əhəmiyyətini açıqladılar.
Tədbirin kompozisiyası türk xalqlarının formalaşması, eramızdan əvvəlki dövrdən başlayaraq yazılı abidələrin tələbələr tərəfindən müvafiq ləhcədə səsləndirilməsi, folklor nümunələrinin ifası, sənədli filmlərdən fraqmentlərin nümayişi və türk xalqlarının adət – ənənələrinin, geyimlərinin, həmçinin mətbəxlərinin təqdimatından ibarət idi.
Böyük Hun imperatoru Metenin eramızdan əvvəl 176-ci ildə Çin imperatoruna göndərdiyi məktubdan başlayaraq sonrakı müxtəlif tarixi dövrlərə aid mətnlər də yazıldıqları ləhcədə səsləndirildi. Türk xalqlarının adət – ənənələri tələbələrin hazırladıqları səhnəciklər vasitəsilə nümayiş etdirildi, mahnılar ifa olundu.
AMEA Folklor İnstutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri, professor Əli Şamil, AMEA Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva türk xalqlarının tarix və mədəniyətinin müxtəlif cəhətlərindən bəhs edərək tələbələrin çıxışlarını yüksək qiymətləndirdilər.
Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş çıxışında türk xalqlarının tarixi inkişafına, folkloruna və türk dillərinin formalaşmasına dair fikir və mülahizələrini söylədi, tədbirin təşkilatçılarına və tələbələrə təşəkkürünü bildirdi.
Tədbir Xəzər Universitetinin tələbələrdən ibarət xorunun və rəqs ansamblının ifası ilə başa çatdı.
http://www.khazar.org/az/news/article/2774
Literary-musical commemoration entitled “Knowledge Ceremony of Turkish World”, organized by the instructors and students of disciplines of Introduction to Turkish Studies and Comparative grammar of Turkish dialects, the Department of the Azerbaijan language and Literature, was held on December 21, in Marble Hall of Khazar University, which was dedicated to Prof. Hamlet Isakhanli’s birthday, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees.
Prof. Hamlet Isakhanli, the administration staff and students as well as Adem Kelesh, advisor for Culture and Tourism of Turkish Embassy to the Republic of Azerbaijan, Prof. Ali Shamil, chief of international relations of Institute of Folklore, Prof. Badirkhan Ahmadli, chief of department of Institute of Literature named after Nizami Ganjavi, Gatiba Guliyeva, chief of Education department of Institute of Linguistics, Anar Asadov, founder of xeber365.comand media representatives participated in the ceremony.
The objective of the ceremony was to draw attention to Turan family, which involved more than 200 million people, and introduce language legacy and folklore artifact to the participants.
The ceremony started with the performance of “Turan march”, glorifying unity of Turkish peoples, which was sung by a student choir.
Dr. Ilaha Gurbanli, a lecturer of department of the Azerbaijan language and literature, and Dr. Elza Samadli, dean of School of Education, delivered speeches clarifying the idea and importance of the ceremony.
In the event, the students read, in various dialects, written texts dating back to BC, performed folklore artifacts, demonstrated fragments of documentaries, and presented traditions, garments and food of Turkish people.
The letter, which was sent to Chinese emperor in 176 BC by Mete, Hun emperor, as well as other historical texts, was read in their original dialects by the students. Moreover, the students performed sketches demonstrating traditions of Turkish peoples, and sang songs.
Professor Ali Shamil, chief of international relations of Institute of Folklore, and Gatiba Guliyeva, chief of Education department of Institute of Linguistics, talked about various aspects of History and Culture of Turkish people, and also appreciated students’ performance.
Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a long speech on historical development, folklore and languages of Turkish people and expressed his gratitude for organization of the event.
The ceremony ended with the performance of a student choir and dance ensemble.