Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər (Humanitar elmlər)” jurnalı 2017-ci ildəki son buraxılışında (№2) Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlının “Çağdaş Azərbaycan şeirində xalq arxetipi və xalq yaradıcılığı problemi” adlı məqaləsinə də yer ayırmışdır.

Məqalədə vətəndaşlıq lirikasının mənbəyi kimi şairin tərənnüm etdiyi xalq, mənsub olduğu millət göstərilir. Qeyd edilir ki, milli dəyərlərdən kənarda qalan şair vətəndaş ola bilməz. Bildirilir ki, M.Araz, S.Tahir AzərAzər və M.İsmayıl lirikasının mənbə və qaynaqları xalq mövzusu (arxetipi) və folklorumuz kontekstində araşdırılmayıb, bu mövzu elmi şəkildə öz həllini gözləyən məsələlərdəndir. Məqalə bu istiqamətdə atılmış ilk addımlardan sayıla bilər. Məqalədə vətəndaşlıq lirikasının ən yaxşı nümunələri mövzu obyektinə çevrilir; bayatı, gəraylı, qoşma formasında yazılmış poetik seçmələr misal gətirilməklə, həmin parçaların nağıl, dastan və qəhrəmanlıq eposlarına məxsus xüsusiyyətləri qısaca nəzərdən keçirilir, həmçinin, totemlərə ehtiramın, yeri gəldikcə, xalq qəhrəmanlarına müraciətin M.Araz, S.Tahir AzərAzər və M.İsmayıl lirikasının başlıca keyfiyyəti kimi üzə çıxdığı vurğulanır.

Məqalə ilə bu linkdə tanış ola bilərsiniz.

http://www.khazar.org/az/news/article/2765

An article “People archetype and creativity problem in contemporary Azerbaijan poetry” by Gardashkhan Azizkhanli, an instructor of the Department of the Azerbaijan language and literature, was published in the last issue of “Khabarlar (Humanities)” journal (№2) of Azerbaijan National Academy of Sciences, 2017.

The article represents people as the source of national lyric. The author stresses that a poet without national values cannot be a citizen of a country. Also, the author mentions that the source and origin of lyrics by M.Araz, S.Tahir, A.Azer and M.Ismayil have not been researched yet in the context of archetype and folklore, consequently this problem needs to be solved scientifically. This article can be considered an initial step in the above-mentioned issue. The author regards the best samples of national lyric as the subject of the article; bayati, garayli, goshma and other poetic forms of poetry are mentioned as examples, and typical features of these poetic forms for tales and epics are briefly viewed. Moreover, the author notices that respect for totems and appeal to national heroes manifest themselves as chief qualities of lyrics by M.Araz, S.Tahir, A.Azer and M.Ismayil.

link to the article.

http://www.khazar.org/en/news/article/2765