Xəzər Universiteti məzunlarının 42-ci buraxılış mərasimi Khazar University’s 42nd Graduation Ceremony

2017/05/15

2017-ci il mayın 7-də “Dünya” məktəbinin konfrans salonunda Xəzər Universiteti məzunlarının 42-ci buraxılış mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və qonaqlar iştirak edirdilər. Mərasim  Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı.

Xəzər Universitetinin rektoru Nassan Niknafs məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı.

Qeyd olundu ki, 26 il ərzində universiteti, bugünkü məzunlar da daxil olmaqla (94 bakalavr, 7 magistr), 3038 bakalavr, 623 magistr bitirmişdir. Onlardan 767-si fərqlənmə diplomu almışdır.

Universitetin rəhbərliyi adından məzunlara ünvanlanan məktub tədbirin aparıcıları tərəfindən oxundu.

Mərasimdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Xəzər Universitetinin əvvəlki məzunlarının təbrik video-çarxları nümayiş etdirildi. Daha sonra məzunlara diplomların təqdim olunması mərasimi başlandı. Diplomları rektor Hassan Niknafs, prorektor Məhəmməd Nuriyev, fakültə dekanları və departament müdirlərı, müəllimlər təqdim etdilər.

Mərasimdə tələbəlik müddəti ərzində Xəzər Universitetində könüllü fəaliyyət göstərən 4 məzun “ fəal fəaliyyətlərinə” görə təltif olundular və   sertifikatları prorektor İsaxan İsaxanlı təqdim etdi.  Məzunlardan ibarət xorun çıxışından sonra, onlar Xəzər Universitetinin andını söylədilər. Mərasimdə keçmiş məzunlar adından Mərkəzi Bankın Təhsil və ikişaf departamentinin şöbə rəisi Xumar Hüseynova, Dəmirbank ASC Baş ofisinin şöbə müdiri, Məzunlar Assosiasiyasının sədr müavini Ramal Əhmədov, Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşı Səadət Novruzova çıxış edərək bildirdilər  ki, aldıqları təhsil, qazandıqları bilik və bacarıqlar “Xəzər”in məzunlarına  seçdikləri sahədə uğur qazanmalarına zəmin yaradır. Onlar dövlət qurumlarında, özəl şirkətlərdə çalışır, böyük layihələrə, yeniliklərə imza atırlar, xeyli hissəsi öz özəl işlərini qururlar.

Valideynlər adından Azadə Səmədova çıxış edərək, universitetin rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdi.

Məzunlardan Nizami Əliyev, Ayşən Bəşirova və Hüseyn Qəhrəmanlı Hamlet İsaxanlının “Səni sevdim çox sadəcə” şeirinə nəzirələr söylədilər.

Professor Hamlet İsaxanlı məzunları təbrik etmək üçün mərasimdə çıxış etdi. O, universitetdə yaradılmış əlverişli təhsil mühitindən, yalnız yüksək keyfiyyətli mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən,  professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və “Xəzər”in beynəlxalq təşkilatların reytinq cədvəllərində   daim fərqlənərək, Azərbaycan universitetləri arasında birinci yeri tutmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı bəhs etdi.

Mərasim   məzun olan tələbələrin foto şəkillərindən hazırlanan video-çarxlar və slayd-şouların nümayişi və Musiqi və incəsənət departamentinin  hazırladığı, universitetin rəqs kollektivlərinin çıxışlarından ibarət konsert proqramı ilə müşayiət olundu.

Mərasim məzunların Hamlet İsaxanlıya gül dəstələrinin təqdim olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

On May 7, 2017, the 42nd graduation ceremony of Khazar University students was held in the conference hall of “Dunya” School. University administration, professors, teachers, students, parents and guests took part in the event. The ceremony started with the National Hymn of the Azerbaijan Republic.

Dr. Hassan Niknafs, President of Khazar University, congratulated the graduates and wished them success in their future life and career.

It was also mentioned that for all 26 years 3038 bachelor and 623 master degree students

(including 94 bachelor and 7 master studnets for the current year) graduted from Khazar University. 767 students among them got the honor diploma. The hosts of the event read University Administration’s letter addressed to the students.

The congratulations videos of Khazar University`s previous years graduates who currently work in different countries  of the world were presented to the audience. Then diploma presentation ceremony started. Dr. Hasan Niknafs, President of the University; Professor Mahammad Nuriyev, Vice President of Khazar University for Academic Affairs; deans of schools; chairs of departments; and instructors presented diplomas. 4 students who volunteered during their study years were awarded for their “active participation” and the certificates were presented by  Dr. Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs. After the chorus performance , the graduates took the Khazar University oath.  Khumar Huseynova,  Head of the Training and Development Division of HR Department in the Central Bank; Ramal Ahmadov, Head Office Group Leader in Demirbank JSC and Vice President of Alumni Association;  Saadat Novruzova , the employee of the Azerbaijan Presidential Administration delivered speeches on behalf of previous gradutes of the university and emphasized that the knowledge and experience gained at Khazar University will pave the way for the successful future career of the students. Most of Khazar graduates currently work in govermental organizations, private companes and some run their own business.

On behalf of parents Azada Samadova spoke to express her gratitude to the university administration and teachers.

Students  Nizami Aliyev, Ayshan Bashirova and Huseyn Gahramanli recited naziras to Hamlet Isakhanli’s poem “I just loved you much”.

Prof. Hamlet Isakhanli made a speech in the event to congratulate the graduates. He talked about favorable educational atmosphere at the university, emphasising that it not only prepares high-quality professionals but also raises up a well-rounded young generation. He also highlighted hard work of professor-teacher staff, university’s close relationships with other universities of the world, the ever-growing material and technical base, Khazar University’s being the first among Azerbaijan universties in international organizations’ ranking and also about the future plans of the university

The ceremony continued with videos and presentations of graduates’ photos and the concert program consisting of performances of university’s dance groups organized by the Department of  Music and Fine Arts. The ceremony ended with graduates’ presenting flowers to Hamlet Isakhanli and taking memory photos.