Misirin Təhsil nazirinin birinci müavini Xəzər Universitetində oldu The First Deputy Minister of Education of Egypt Visits Khazar University
2017-ci il mayın 4-də Misir Ərəb Respublikası Təhsil nazirinin birinci müavini professor Hossam El-Malehy və Misir Mədəniyyət və Təhsil Atteşesi Dr.Ahmet Sami Elaydi Xəzər Universitetini ziyarət etdilər. Qonaqları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səmimi salamlayaraq, yenidən görüşmələrinə məmnun olduğunu bildirdi. O, Xəzər Universiteti haqqında qonaqlara məlumat verdi. Sonra H.İsaxanlı qonaqlara Xəzər Universitetinin rəhbərliyini təqdim etdi. Misirli qonaqlar universitetin rektoru professor Hassan Niknafs, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Beynəlxalq Əlaqələr Ofisinin direktoru Turan Cəfərova və digərləri ilə tanış oldular. T.Cəfərova Xəzər Universiteti haqqında təqdimat etdi. Təhsil nazirinin müavini H.El-Malehy və Hamlet İsaxanlı bir-birilərinə hədiyyələr təqdim etdilər. Turan Cəfərova universitet haqqında görüntülü məlumatları qonaqlara çatdırdı. Misirli qonaqlar universitetin Kitabxana-İnformasiya Mərkəzi, laboratoriyalar, sinif otaqları ilə tanış oldular.
Qonaqların şərəfinə ziyafət verildi. Xatirə şəkilləri çəkildi.
On May 4, 2017, the First Deputy Minister of Education of the Arab Republic of Egypt Hossam El-Malehy and Dr.Ahmed Sami Elaydy, Cultural and Educational Attache of Egypt visited Kazar University. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, greeted the guests and expressed his pleasure at meeting them again. He gave information about Khazar University to the guests. Later he introduced the administration of the university to the guests. The guests from Egypt got acquainted with Hassan Niknafs, Rector of the University; Professor Mahammad Nuriyev, Vice President of Khazar University for Academic Affairs; Dr. Isakhan Isakhanli, Vice President for Administration and Student Affairs; Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences; Elza Samadova, Dean of the School of Education; Jeyhun Mammadov, Dean of the School of Economics and Management; Alovsat Amirbayli, Director of Media and PR Office; Raziya Isayeva, Director of the Development Center; Lyudmila Sotova, Director of Quality Assurance Center; Turan Jafarova, Director of International Affairs Office and others. Turan Jafarova made a presentation about Khazar University. The Deputy Minister of Education of Egypt and Hamlet Isakhanli gave presents to each other. The guests also got acquainted with the Library-Information center, laboratories and classrooms at the university.
A banquet was organized in honor of the guests. Photos were taken at the end of the event.