Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Xəzər Universitetinin təşkilatçılığı ilə 2017-ci il fevralın 17-də universitetin Neftçilər kampusunun  Mərmər salonunda Dövlət Miqrasiya Xidmətinin 10 illiyi münasibətilə “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbirdə Xəzər Universitetinin, Dövlət Miqrasiya Xidmətinni (DMX), dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin elmi əməkdaşları və xarici ekspertlər iştirak edirdilər.

Konfrans DMX-nin keçdiyi inkişaf yolunu əks etdirən qısametrajlı filmin nümayişi ilə başlandı. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransı açaraq, müzakirə olunan mövzunun mühümlüyünü və əhəmiyyətini nəzərə çatdırdı. O, həmçinin, iştirakçılara Xəzər Universiteti haqqında da qısa məlumat verdi.

DMX rəisinin müavini Pərviz Musayev çıxışında xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən uğurlar və nailiyyətlər barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırdı.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Furio de Angeles, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edərək, miqrasiya probleminin mühüm cəhətlərindən söz açdılar.

Universitetin İqtisadiyyat və menecment departamentinin müdiri Ceyhun Məmmədov Xəzər Universitetinin Miqrasiya Araşdırmaları Mərkəzi haqqında təqdimatla çıxış etdi.

Açılış mərasimindən sonra elmi-praktik konfransın plenar iclasında ölkə və  xarici mütəxəssislərin üç mövzunu – “Miqrasiya siyasəti və insan hüquqları”, “Qaçqınlar və sığınacaq axtaran şəxslərin beynəlxalq himayəsi” və “Qloballaşma dövründəmiqrasiya prosesləri: çağırışlar və cavab tədbirləri” mövzularını əhatə edən           məruzələri  dinlənildi.

Vahid Qəhrəmanov, Azər Allahverənov, Xəyalə Abbasova, Nazim Salmanov, Gülgün Babayeva, İslam Hidayətov, Cəmil Hüseynov (DMX), Ronald Sketdon (İngiltərədəki Sasseks və Niderlanddakı Maastrixt universitetləri), Meltem Ersan (BMqT), Fuad Cabbarov (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), Roland Hosner (MSIBM Tədqiqat Bölməsi), Turan Cahangirova (Ombudsman aparatı), Rima Məmmədova, Sevinc Şəfiyeva (Xəzər Universiteti), Mətləb Mahmudov (AMEA Fəlsəfə İnstitutu), Rövşən Kərimov, Zakir Eminov (AMEA Coğrafiya İnstitutu), Rəna  Ağamirova (Gənclər və İdman Nazirliyi), Qərib Əsgərov (Dövlət Sərhəd Xidməti Akademiyası) və Rafiq Nəcəfquliyev (DİN Polis Akademiyası) hazırladıqları elmi məruzələri konfransa təqdim etdilər.

Məruzələr ətrafında müzakirələrdən sonra elmi-praktik konfransın işinə yekun vuruldu və qətnaməsi qəbul olundu.

Tədbir ölkə mediasında geniş işıqlandırılmışdır:

http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmeti_terefinden_71_mine_yaxin_sexsin_Azerbaycan_vetendasligina_mensubiyyeti_taninib-1036064;

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=116141;

http://www.itv.az/index.php/az/tele/doevlaet-migrasiya-khidmaetinin-yarad-lmas-n-n-10-illiyinae-haesr-olunan-konfrans  və s.

On February 17, 2017, Khazar University and the State Migration Service of the Republic of Azerbaijan jointly held a conference to celebrate 10 years of the State Migration Service in Azerbaijan in the “Marble Hall” on Khazar University’s Neftchilar Campus. The topic of the conference was “Migration Policy in Azerbaijan: Achievements and Development Perspectives”.

The conference was attended by officials and staff members of Khazar University, the State Migration Service, governmental and international agencies, NGOs as well as scholars and experts of Azerbaijan National Academy of Sciences and other Azerbaiajni higher educational institutions.

The conference was opened with a short film highlighting achievements of the State Migration Service in Azerbaijan.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made an opening speech in which he stressed the importance of the conference topics. He also gave brief information about Khazar University to the audience.

Pariz Musayev, Deputy-Director of the State Migration Service of Azerbaiajn, spoke about the history of the agency, its activities and achievements in the past decade.

Other speeches were made by Furio de Angelis, Head of UNHCR Office in Baku and Serhan Aktoprak, Director of the International Organization for Migration. Dr. Jeyhun Mammadov, Head of the Department of Economics and Management, made a presentation on Khazar University Center for Migration Studies.

A panel discussing three important topics – Migration Policy and Human Rights ”,“ International Protection of Refugees and Asylum Seekers ”,“ Migration in the Era of Globalization: Challenges and Responses”, followed the opening ceremony. Presentations were made by Vahid Gahramanov, Azer Allahverenov, Khayala Abbasova, Nazim Salmanov, Gulgun Babayeva, Isalm Hidayetov, Jamil Huseynov (State Migration Service); Ronald Sketdon (Sussex and Maastricht universities); Meltem Ersan (UNCHR); Fuad Jabbarov (Ministry of Labor and Social Protection of the Population of Azerbaijan Republic); Roland Hosner (International Centre for Migration Policy Development); Turan Jahangirova ( Ombudsman Office of Azerbaijan); Rima Mammadova, Sevinj Shafiyeva (Khazar University); Metleb Mahmudov, Zakir Eminov (Azerbaijan National Academy of Sciences); Rena Agamirova (Ministry of Youth and Sport of Azerbaijan Republic); Garib Asgarov (State Border Service of Azerbaijan Republic); and Rafig Najafguliyev (Police Academy, Ministry of Internal Affairs of Azerbijan Republic).

Following discussions, resolutions were accepted at the end of the conference.

News stories about the conference ran by the media are available at the following links:

http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmeti_terefinden_71_mine_yaxin_sexsin_Azerbaycan_vetendasligina_mensubiyyeti_taninib-1036064;

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=116141;

http://www.itv.az/index.php/az/tele/doevlaet-migrasiya-khidmaetinin-yarad-lmas-n-n-10-illiyinae-haesr-olunan-konfrans