“Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu” nda “Qonaq Mühazirəçilər Seminarları” Routine Guest Lecture for Potential School Directors
24 yanvar 2017-ci il tarixində Dünya Məktəbində “Potensial məktəb direktorları” təlim kursu çərçivəsində “Qonaq mühazirəçilər seminarı” keçirildi. Bu dəfəki seminar Dünya Məktəbinin kitabxanasında təşkil olundu. Seminarın məruzəçi qonağı Xəzər Universitetinin və Dünya Məktəbinin təsisiçisi, Dirketorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlı.
“Uğurlu idarəetmə təcrübəsi və liderlik ” mövzusu ilə çıxış edən Prof. İsaxanlı potensial məktəb direktorlarına öz idarəçilik təcrübəsindən səmimi nümunələr verdi və liderin şəxsi keyfiyyətlərinin əhəmiyyətini vurğuladı. Professor Hamlet İsaxanlı mühazirəsinin sonunda iştirakçıların suallarına cavab vererek onların xahişi ilə öz yaradıcılığından seçilmiş şeirlərini də oxudu.
On January 24, 2017, a guest lecture for Potential School Directors was organized in Khazar University’s affiliate Dunya School. The lecture was held at the Dunya School’s Library. The guest lecturer was Prof. Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees.
In his talk entitled “Successful Management Experience and Leadership”, Prof. Isaxanli shared his experience with the directors and stressed the importance of the leader’s personal qualities.
Prof. Isaxanli then answered the participants’ questions and read his own selected poems at their request.