2016-cı il mayın 14-dən 18-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Kahramanmaraş Sütçü İmam Universitetinin dəvəti ilə orada keçirilən ənənəvi Bahar Şənliklərində iştirak etmək üçün Kahramanmaraşda –köhnə dostların qonağı oldu. Nümayəndə heyətinin tərkibində “Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıxova, respublikanın xalq artisti Gülyanaq Məmmədova, respublikanın əməkdar artisti Fərid Əliyev, kamera orkstri, Telman Əliyevin və Səbinə İsmayılovanın rəhbərlik etdikləri oğlanlardan və qızlardan ibarət rəqs qrupları, müəllim və tələbələrdən ibarət solistlər iştirak edirdilər. 43 nəfərlik heyət (Heyətin digər 4 nəfər üzvü təyyarə ilə Kahramammaraşa gələcəkdi) Sarp Gömrük qapısına gələn Kahramanmaraş Sütçü İmam Universitetinin avtobusu ilə Kahramanmaraş şəhərinə gecənin gec saatlarında gəldi. 2 min kilometrdən artıq yolu qət edən Xəzər Universitetinin nümayəndə heyəti gec saatlarında gəlməsinə baxmayaraq, otelin qarşısında Kahramanmaraş Sütçü İmam Üniversitetinin nümayəndələri –baş katibin köməkçisi Mithat Karaaslan və mühafizə xidmətinin rəhbəri Nedim Duman qarşıladılar və nümayəndə heyətinin yanından ayrılmadılar. Həmin gün günorta saatlarına kimi istirahət edən Xəzər Universitetinin kollektivi günortadan sonra Sütçü İmam Universitetinin Bahar Şənliklərində iştirak etmək üçün proqram hazırlığına başladılar.
Mayın 16-sı və 17-də Xəzər Universitetinin kollektivi Kahramanmaraş Sütçü İmam Universitetinin professor-müəllim heyəti və çox minli tələbələri qarşısında əvvəlcədən planlaşdırılmış iki böyük konsert proqramı ilə çıxış etməli idi. Bahar Şənliklərindəki konsertlər açıq havada keçiriləcəkdi. Həmin günlərdə Kahramanmaraşda hava çox isti idi. Artıq hazırlıqlara başlamağın vaxtı çatmışdı. İstirahət günü olmasına baxmayaraq, Sütçü İmam Universitetinin bütün rəhbərliyi Bakıdan gələn köhnə dostları ilə görüşmək üçün yerləşdiyimiz “Uyğulama” otelinə gəlmişdilər. Universitetin prorektoru professor İsmayıl Bakan, baş katib İbrahim Ekiz, baş katibin köməkçiləri Mithat Karaaslan, Gülderen Aslan, mühafizə xidmətinin rəhbəri Nedim Duman və digərləri hər zaman olduğu kimi yenə ayaqda idilər. Axşam Xəzər Universiteti nümayəndə heyətinin şərəfinə açıq havada ziyafət verildi. Ziyafətdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci iştirak edirdilər.
Mayın 16-da Xəzər Universitetinin kollektivi konsert verəcəyi səhnə hazırlıqlarına səhər sübh tezdən başladı. Universitetin prorektoru professor İsmayıl Bakan və universitetin bütün əməkdaşları konsertin yüksək səviyyədə keçməsi üçün universitetin bütün imkanlarını səfərbər etmişdilər.
Artıq gözlənilən vaxt gəldi. Bahar Şənliyinin 1-ci günü Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və digər protokol üzvləri Bahar Şənliyinin rəsmi açılışını etdilər. Bahar Şənliyində ebru sənəti, rəssamlıq, zərgərlik, xalçaçılıq və digər sahələr üzrə tələbələrin hazırladıqları əl işləri nümayiş etdirilirdi.
Bahar Şənliyi universitetin Xalq Oyunları qrupunun rəqsləri ilə başladı. Sütçü İmam Universitetinin proqram aparıcısı Mustafa bəyin xoş sədaları ilə Xəzər Universiteti səhnəyə dəvət edildi. Aparıcı protokolda oturan rəsmi qonaqları və açıq havada günəşin altında toplaşan çoxsaylı tələbələri salamlayaraq, Azərbaycandan gələn Xəzər Universitetinin nümayəndələrini səhnəyə dəvət etdi. Xəzər Universiteti Kamera Orkestrinin ifaları, tələbələrin rəngarəng rəqs nömrələri, Gülyanaq Məmmədovanın və Fərid Əliyevin xoş ifaları meydana toplaşanlar tərəfindən dəfələrlə alqışlandı. Bahar Şənlikləri proqramı Türkiyənin TRT Haber kanalı tərəfindən lentə alındı. H.İsaxanlı, D.Deveci və tələbələrdən Murad Balaqadaşov və Həmran Əmirli müsahibələr verdilər. Xəbər TRT AVAZ, TRT Haber və TRT kanalları tərəfindən yayımlandı. Konsertdən sonra qonaq universitetin kollektivi sabahkı proqram hazırlıqlarına başlamağa qərar verdi. Həmin gün Kahramanmaraş Bələdiyyə başqanı Mehmet Narın dəvətilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlını, sədrin müsaviri Nailəxanım İsayevanı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəylini, Mədəniyyət və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanı, respublikanın xalq artisti Gülyanaq Məmmədovanı, respublikanın əməkdar artisti Fərid Əliyevi və Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru, professor İsmayıl Bakanı nahar yeməyinə dəvət etdi.
Xəzər Universitetin tələbələri isə KSU-nin İqtisadiyyat fakültəsinin tələbəsi Həmran Əmirlinin rəhbərliyi ilə Kahramanmaraşın görməli yerlərini gəzdilər. Bahar Şənliyinin ikinci günü ebru sənəti, rəsm sərgisi, zərgərlik və digər sərgilərlə yanaşı, Sütçü İmam Universitetində təhsil alan müxtəlif ölkələrin tələbələrinin mədəniyyət, incəsənət işlərinin və milli mətbəxlərində hazırlanan yeməklərin sərgisi də keçirildi. Həmin gün Xəzər Universiteti musiqi kollektivinin oradakı iştirakı Bahar Şənliyinə rəngarənglik gətirdi. Universitetin builki şənliyinə, ötən illərdən fərqli olaraq, şəhər əhalisi dəvət edilməmişdi. Belə ki, son günlər Türkiyədə baş verən terror aktları nəticəsində çoxlu sayda şəhid verilmişdi. Onların arasında Kahramanmaraşdan olan şəhidlər də vardır. Buna görə də, universitet şəhidlərin ruhuna ehtiram əlaməti olaraq builki Bahar Şənliklərinin təmtəraqlı qeyd edilməməsini qərara almışdı.
Aparıcı öncə sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya vermək üçün səhnəyə dəvət etdi. H.İsaxanlı Kahramanmaraş Sütçü İmam Universitetinin rəhbərliyinə, şəxsən universitənin rektoru professor Durmuş Deveciyə dəvət üçün təşəkkürünü bildirdi. O, Türkiyədə son terror olaylarında canlarını qurban vermiş bütün şəhidlərə Allahdan rəhmət dilədi və Kahramanmaraşda olmaqdan çox məmnun olduqlarını bildirdi. Sonra H.İsaxanlı universitet adından hədiyyələrini Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveciyə və prorektor İsmayıl Bakana təqdim etdi. Professor Durmuş Deveci də şənliklərdə iştirak etdiyi üçün H.İsaxanlıya dərin təşəkkürünü bildirdi. Sonra Kahramanmaraş Sütçü İmam Universitetinin adından H.İsaxanlıya və Ə.Əmirbəyliyə hədiyyələrini təqdim etdi. Həmin gün üçün Xəzər Universitetinin kollektivinin xüsusi proqramı hazırlanmışdı. İki saatlıq proqram çoxsaylı tələbələr tərəfindən alqışlarla qarşılandı.
Xalq artisti Gülyanaq Məmmədovanın, əməkdar artist Fərid Əliyevin ifaları, tələbələrimizin rəqsləri hər kəsi heyrətləndirə bilmişdi. Elə həmin gün axşam Xəzər Universitetinin təsisçisi H.İsaxanlı, müsaviri Nailəxanım İsayeva, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Musiqi və incəsənət departamentin müdiri Zülfiyyə Sadıqova, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Fərid Əliyev Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru professor İsmayıl Bakan və onun ailəsinin dəvətilə evində axşam yeməyində oldular. Yeməyə universitənin rektoru professor Durmuş Deveci və ailəsi də qatıldı. Gecə gec saatlarına kimi şirin söhbətlər oldu. Gülyanaq xanım və Fərid bəy ara-sıra maraqlı ifaları səsləndirdilər. Gecənin gec saatlarında otelə dönüldü. Tələbələr isə hələ də hoteldə əylənirdilər. Onların xahişi ilə rəhbərlik və digər qonaqlar da onlara qoşuldular.
Mayın 18-də səhər tezdən Xəzər Universitetinin kollektivi Kahramanmaraşdan, çox dəyərli dostlarından ayrılmalı idi. Səhər saat 8-də Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci, prorektoru professor İsmayıl Bakan, baş katib İbrahim Ekiz, köməkçiləri Mithat Karaaslan və Gülderen Aslan, mühafizə xidmətinin rəhbəri Nedim Duman və universitetin digər əməkdaşları artıq qonaqları yola salmaq üçün orada idilər. Xəzər Universitetinin kollektivi də onlardan ayrıla bilmirdi, amma ayrılmalı, qarşıdakı proqramlar üçün hazırlanmalı idi. Qeyd etdiyimiz kimi, Hamlet İsaxanlı, Nailəxanım İsayeva, Gülyanaq Məmmədova və Fərid Əliyev Adanaya, kollektivin digər üzvləri isə Kahramanmaraş Sütçü İmam Universitetinin avtobusu ilə Giresuna yola düşdülər. Kahramanmaraşın qəhrəman və qonaqpərvər insanları ilə bir daha görüşmək ümidi ilə oradan ayrıldılar…
Xəzər Universitetinin kollektivini isə qarşıda Giresun səfəri gözləyirdi…
On May 14-18, 2016, a delegation led by Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, visited Kahramanmaras to participate in the traditional Spring Festival there by the invitation of Kahramanmaras Sutcu Imam University. The delegation included Nailakhanim Isayeva, founder of Dunya School; Alovsat Amirbeyli, Director for Public Relations and Media; Associate Professor Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts; Gulyanag Mammadova, People’s Artist of the Republic; Farid Aliyev, Meritorious Artist of the Republic; the chamber orchestra; boys’ and girls’ dance ensembles led by Telman Aliyev and Sabina Ismayilova; and vocal soloists including students and faculty members.
43 members of the delegation arrived at the Sarp Customs Control of Kahramanmaras Sutcu Imam University after traveling over 2000 kilometers by bus (an additional 4 members would travel by plane and join them). Despite the fact that they arrived during the night, representatives of Kahramanmaras Sutcu Imam University (Mithat Karaaslan, Assistant to the Executive Secretary, and Nedim Duman, Head of Security Services) met the delegation in front of their hotel. The delegation rested until early afternoon and then began to prepare their program for the concert they would perform at the Spring Festival at the University.
On May 16 and 17, the Khazar University contingent was to perform two large concerts for thousands of students, faculty and staff of Kahramanmaras Sutcu Imam University. The concerts of the Spring Festival were to be held in the open air. The weather was very hot on those two days. While the delegation was preparing for the concert, the entire administration of Kahramanmaras Sutcu Imam University came to meet them at their hotel, Uygulama, even though it was not a work day. Administration members included Professor Ismayil Bakan, Vice President of the University; Ibrahim Ekiz, Executive Secretary; Mithat Karaaslan, Assistant to the Executive Secretary; Gulderen Aslan; Nedim Duman, Head of Security Services; and others. In the evening, an open-air banquet was held in honor of the Khazar University guests. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Professor Durmus Deveci, Rector of Kahramanmaras Sutcu Imam University, participated in the dinner.
On May 16, the Khazar University contingent began to prepare for their concert early in the morning. Professor Ismayil Bakan, Vice President of the University, and other staff members mobilized all the necessary personnel to ensure a quality event.
Finally the time arrived. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Professor Durmus Deveci, Rector of Kahramanmaras Sutcu Imam University, officially opened the first day of the Spring Festival. The Festival included exhibits of paper marbling, drawing, jewelry, carpet making, and other art forms.
The Spring Festival began with a dance by the Folk Dance Group. Then Mustafa, the emcee for Kahramanmaras Sutcu Imam University, greeted the official guests and many students sitting outside at the Festival, and he invited Khazar University to the stage. The Khazar University Chamber Orchestra performance, colorful dance numbers, and songs by Gulyanag Mammadova and Farid Aliyev were welcomed by the audience. The Spring Festival was recorded by Turkey’s TRT News channel. H. Isaxanli, D. Deveci and students Murad Balagadashov and Hamran Amirli gave interviews. The event was covered in the news programs of TRT AVAZ, TRT Haber and TRT channel.
After the concert, the Khazar University group decided to start preparing for their concert the next day. In the evening Mehmet Narin, Head of the Kahramanmaras Exective Power, organized a dinner for Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Nailakhanim Isayeva, founder of Dunya School; Alovsat Amirbeyli, Director for Public Relations and Media; Associate Professor Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts; Gulyanag Mammadova, People’s Artist of the Republic; Farid Aliyev, Meritorious Artist of the Republic; and Professor Ismayil Bakan, Vice President of Kahramanmaras Sutcu Imam University.
Under the direction of Hamran Amirli, student of the KSIU School of Economics, the Khazar University students toured Kahramanmaras. On the second day of the Spring Festival, in addition to art exhibits, students of KSIU demonstrated the cultures, artwork, and national cuisine of various countries. On the same day, the participation of the Khazar University musical collective brought diversity to the celebration. In contrast to last year’s Festival, this year the city residents were not invited. In recent days, many people were killed in Turkey as a result of acts of terrorism. Some of them were from Kahramanmaras. As a result, the university decided not to make this year’s Festival very celebratory out of respect to the victims.
On this day of the festival, the emcee invited Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, to the stage. Prof. Isaxanli thanked the university for the invitation, specifically mentioning Professor Durmus Deveci, Rector of Kahramanmaras Sutcu Imam University. He expressed his condolences for the recent terror acts and said that it was a great pleasure to be in Kahramanmaras. Then he presented gifts on behalf of Khazar University to the KSIU administration. In turn, Professor Durmus Deveci thanked Prof. Isaxanli for his participation in the event. He presented gifts from KSIU to Prof. Isaxanli and Alovsat Amirbeyli. On the same day, the Khazar University collective had prepared a special concert program, which they performed for two hours to the delight of the KSIU students in the audience. They especially appreciated the songs of Gulyanag Mammadova, People’s Artist, and Farid Aliyev, Meritorious Artist, as well as the students’ dance performances.
That evening, KSIU Vice President Bakan invited Prof. Isaxanli, Nailakhanim Isayeva, Alovsat Amirbeyli, Zulfiyya Sadigova, Gulyanag Mammadova, and Farid Aliyev to his home for dinner. Professor Durmus Deveci and his family also joined them for dinner. They talked late into the night. Gulyanag Mammadova and Farid Aliyev performed songs for the guests. The group returned to the hotel late in the night, where the students were still celebrating. They invited the administrators to join them.
In the morning on May 18, it came time for the Khazar University collective to depart from their dear friends in Kahramanmaras. By 8 in the morning, the KSIU administration had already gathered to send them off. The Khazar University collective didn’t want to leave, but they had to prepare for their next concert.
Prof. Isaxanli, Nailakhanim Isayeva, Alovsat Amirbeyli, Zulfiyya Sadigova, Gulyanag Mammadova, and Farid Aliyev departed by bus for the city of Giresun, where they would make their next visit.
Alovsat Amirbeyli
Kahramanmaras
15-18 May 2016