2016-cı il mayın 18-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, “Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist (Opera və Balet Teatrının soloisti) Fərid Əliyev Türkiyədə Adana şəhərində olmuşdular. Adana valiliği il mədəniyyət və turizm müdürlüğünün şöbə müdiri Mehmet Kurtgöz və Kahramanmaraş Sütçü İmam Universitetinin protokol müdiri Ali Samed Ulunun köməyi və müşayiəti ilə Adana şəhərinin muzeyləri və görkəmli yerlərini gəzmiş, mədəni abidələrlə tanış olmuşlar.
On May 18, 2016, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Nailakhanim Isayeva, founder of Dunya School; Gulyanag Mammadova, People’s Artist of the Azerbaijan Republic; and Farid Aliyev, Meritorious Artist and soloist for the Opera and Ballet Theater, visited the city of Adana, Turkey. Mehmet Kurtgoz, Director of the Division of Culture and Tourism of the Adana Executive Body, and Ali Samed Ulu, Protocol Director of Kahramanmaras Sutcu Imam University, gave them a tour of the city’s museums, tourist attractions and cultural sites.