Waseda Universitetinin nümayəndələri “Xəzər”də Waseda University Representatives Visit Khazar

2015/09/01

Avqustun 26-da SOCAR-ın Marketinq və biznesin İnkişafı departamentinin əməkdaşı Əli Şahbazovun müşayiəti ilə Yaponiyanın Waseda Universitetinin neft və qaz yataqlarının işlənməsi üzrə professoru Masanori Kurihara, İnpex Group şirkətinin idarəetmə üzrə direktoru Akihiko Kurashina, İnpex şirkətinin Yataqların işlənməsi üzrə meneceri Takua Muta və İnpex şirkətinin Kəşfiyyat və Hasilat bölməsi üzrə koordinatoru Takashi Hara Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Dr. Hassan Niknafs və Neft və qaz mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalov ilə görüşmüşlər.
Görüşdə Masanori Kurihara Waseda Universitetinin və eləcə də onun çalışdığı Resurslar və ekologiya mühəndisliyi departamentinin tarixi, təhsil sistemi və elmi tədqiqatları barəsində geniş təqdimat ilə çıxış etmişdir. Sonra Hamlet İsaxanlı Xəzər Universitetinin təhsil sistemi və layihələri barəsində qonaqlara geniş məlumat vermişdir.
Görüşdə, həmçinin, Waseda Universiteti və Xəzər Universiteti, eləcə də İnpex və Xəzər Universiteti arasında neft və qaz mühəndisliyi sahəsi üzrə əməkdaşlığin perspektivləri müzakirə edilmişdir.
On August 26, 2015, a group of university and corporate representatives from Japan visited Khazar University. The delegation, which was accompanied by Ali Shahbazov of the SOCAR Marketing and Business Development Department, included Professor Masanori Kurihara, instructor of Petroleum and Gas Extraction in Waseda University of Japan; Akihiko Kurashina, Executive Director of Inpex; Takua Muta, Manager of Extraction for Inpex; and Takashi Hara, coordinator of Survey and Production for Inpex. They met with Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hasan Niknafs, Dean of the School of Engineering and Applied Sciences; and Associate Professor Gasham Zeynalov, Head of the Department of Petroleum Engineering. During the meeting, Professor Masanori Kurihara spoke about Waseda University and its Resources and Ecology Engineering Department as well as its history, education system and scientific research. Then Prof. Isaxanli spoke about Khazar University’s education and projects. Prospects for cooperation among Waseda University, Khazar University and Inpex in the fields of oil and gas were discussed during the meeting.