Təsisçi Tbilisidə konfransda Founder at Symposium in Tbilisi
2015-ci il iyunun 19-da Tbilisi şəhərində Açıq Cəmiyyət Gürcüstan Fondu və İliya Dövlət Universitetinin dəstəyi ilə Cənubi Qafqaz üzrə Amerika Tətqiqat İnstitutu (American Research Institute of the South Caucasus) “Cənub Qafqazda təhsil: müasirləşmə, yenilik və gələcək cərəyanlar” adlı beynəlxalq simpozium keçirdi. Simpoziumda Gürcüstan, Azərbaycan və Ermənistandan, təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da simpoziumda iştirak etdi. Onun çıxış etdiyi mövzu “Azərbaycanda ali təhsil: adət-ənənələrlə müasir cərəyanlar arasında” idi. Çıxışdan sonra geniş müzakirə keçirildi. Sonra professor Hamlet İsaxanlı suallara cavab verdi. On June 19, the American Research Institute of the South Caucasus (ARISC) held an international conference entitled “Education in the South Caucasus: Modernization, Innovation and Future Trends” in conjunction with Ilia State University and Open Society Georgia Foundation. Representatives of governments and higher education institutions from Georgia, Armenia and Azerbaijan participated in the event. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, also participated, delivering a lecture on “Higher Education in Azerbaijan: Between Heritage and Modern Trends.” The lecture was followed by an involved discussion as well as a question-and-answer session.