Azərbaycanlı alim Gürcüstan Milli Elmlər Akademiyasında məruzə ilə çıxış edib Azerbaijani Scholar Gives Lecture in Georgian National Academy of Sciences

2015/02/12

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı fevralın 10-dan etibarən Gürcüstanda işgüzar səfərdədir. H. İsaxanlının Gürcüstan MEA-da məruzəsi haqqında AzərTAc-ın Tbilisidəki xüsusi müxbirinin hazırladığı yazını saytımızın oxucularına təqdim edirik.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı fevralın 10-da Gürcüstan Milli Elmlər Akademiyasında (MEA) “Bodenştedt və Mirzə Şəfi: Qafqazşünaslıq məsələləri” mövzusunda məruzə ilə çıxış edib. AzərTAc xəbər verir ki, tədbirdə Gürcüstanın görkəmli elm və incəsənət nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, deputatlar, universitetlərdə çalışan gürcü və azərbaycanlı professor və müəllimlər, Qafqazşünas alimlər, ictimaiyyətin təmsilçiləri, tələbələr iştirak ediblər.
Gürcüstan MEA-nın prezidenti, akademik Giorgi Kvesitadze tədbiri açaraq H.İsaxanlının elmi tədqiqatlarından danışıb. Daha sonra H.İsaxanlının “Bodenştedt və Mirzə Şəfi: Qafqazşünaslıq məsələləri” mövzusunda məruzəsi dinlənilib. Azərbaycanlı alim əvvəlcə alman tərcüməçi və şair Fridrix Bodenştedtin Tiflisdə yaşadığı dövrdə müşahidələri əsasında yazdığı xatirələri ilə bağlı fikirlərini bölüşüb. Sonra dahi Azərbaycan mütəfəkkiri Mirzə Şəfi Vazehin Tiflis mühitində şeir yaradıcılığı, əsərlərinin Almaniyada yayılması barədə danışıb, müqayisələr aparıb. Bildirib ki, M.Ş.Vazeh daha çox fars dilində yazıb və bu günədək Tbilisidəki Kekelidze kitabxanasında onun 250 səhifəlik şeirlər toplusu saxlanılır. Bu şeirlərdə təkcə Tbilisinin mühiti, insanların xüsusiyyətləri yox, digər Qafqaz xalqlarının, o cümlədən Azərbaycan və erməni xalqlarının milli xüsusiyyətləri səciyyələndirilib. M.Ş.Vazehin Azərbaycan dilində böyük bir poema yazdığını vurğulayan alim bu əsərin ümumilikdə dünya ədəbiyyatının incisi olduğunu bildirib. Tədbirdə H.İsaxanlı G.Kvesitadzeyə “Azərbaycanın Milli Atlas”ını hədiyyə edib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Alimlər M.Ş.Vazehin yaradıcılığının bu günədək ictimaiyyətə bəlli olmayan nümunələrinin tərcümə və nəşr edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, H.İsaxanlının məruzəsi gürcü dilinə tərcümə olunacaq. Akademik G.Kvesitadze AzərTAc-a müsahibəsində H.İsaxanlının mühazirəsini yüksək qiymətləndirdiyini söyləyib. O deyib ki, Mirzə Şəfi Vazehin şeirləri gürcü dilinə də tərcümə olunmalıdır. Tiflisdən bəhs edən Mirzə Şəfinin şeirləri bizim üçün çox vacibdir.
H.İsaxanlı bildirib ki, bu tədbir Gürcüstan MEA ilə Xəzər Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilib. Belə tədbirlər hər iki ölkənin alimləri və elmi müəssisələri arasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın Tiflisdə yazıb yaratmış mütəfəkkirlərinin yaradıcılığı tam araşdırılmalı və ictimaiyyətə çatdırılmalıdır. Bu ilk addımdır və inanıram ki, davamlı olacaqdır.

Xətayi Əzizov,
AzərTAc-ın xüsusi müxbiri

Tbilisi
10. 02. 2015
Prof. Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, has been on a business trip to Georgia since February 10th. Below is an article written by AzerTAc’s correspondent in Tbilisi about H. Isaxanli’s lecture at the Georgian National Academy of Sciences.

Prof. Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, gave a lecture at the Georgian National Academy of Sciences (GNAS) on February 10th about “Bodenstedt and Mirza Shaffy: Issues of Caucasus Studies.” AzerTAc reports that the event was attended by well-known scholars and artists of Georgia, representatives of the Azerbaijani embassy, members of parliament, Georgian and Azerbaijani professors and university instructors, scholars of Caucasus Studies, members of the public, and students.

Academic Giorgi Kvesitadze, President of GNAS, opened the event and spoke about H.Isaxanli’s research. Then H.Isaxanli presented his lecture. He shared his views on written memoirs of Friedrich Bodenstedt’s observations during the period in which he lived in Tbilisi. Then the genius Azerbaijani intellectual made comparisons and spoke about Mirza Shaffy Vazeh’s poetry written from Tbilisi and the spread of his works in Germany. He noted that Vazeh wrote mainly in Persian and that a 250-page collection of his poems is still preserved in the Kekelidze Library in Tbilisi. These poems are characterized not only by their humanist attributes and their Tbilisi flavor but also by national characteristics of Caucasian peoples, including Azerbaijanis and Armenians. The scholar also noted that Vazeh’s voluminous poem in Azerbaijani is a pearl of world literature.

At the event, H.Isaxanli gave G.Kvesitadze a copy of the Azerbaijan National Atlas. Then discussions were held about the lecture. Scholars emphasized the importance of translation and publication of Vazeh’s works that had been unknown until the present time. It was noted that the lecture would be translated into the Georgian language. Academic Giorgi Kvesitadze stated in an interview with AzerTAc that he highly appreciated H.Isaxanli’s lecture. He said that Vazeh’s poems should be translated into Georgian, because the poems which were written from Tbilisi were significant for the Georgian people.

H.Isaxanli stated that this event had taken place on the basis of an agreement that had been signed between Khazar University and GNAS. Such events serve the purpose of developing the partnership between scholarly institutions and scholars of the two countries. He stated that the Azerbaijani poet’s writings from Tbilisi should be researched and made accessible to the public. He believes that this even was a first step toward that aim and that the endeavor will be continued.

Khatai Azizov
AzerTAc Special Correspondent
Tbilisi
10. 02. 2015