“Türk Dünyası Seminarlar Silsiləsi” öz işinə başladı “Turkish World Seminar Series” Begins
Noyabrın 5-də “Türk Dünyası Seminarlar Silsiləsi” layihəsinin ilk seminarı təşkil olundu. Tədbir Xəzər Universitetində yaradılmış və tezliklə rəsmi açılışı olacaq Türk Dünyası Araşdırmaları Mərkəzində keçirildi.
Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı bu seminarlar silsiləsinin və Türk dünyası araşdırmaçıları üçün Azərbaycanda müvafiq platformanın yaradılmasının əhəmiyyəti haqqında danışdı. Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin Bakı ofisinin baş koordinatoru Mustafa Haşim Polat təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi proqramlar barəsində qısa məlumat verdi. Universitetin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə Türk dünyasının öyrənilməsi, Türk siyasi mədəniyyətinin, tarixinin mənimsənilməsi baxımından, eyni zamanda Türk dünyası ilə maraqlanan və bu sahədə araşdırmalar aparmaq istəyənlər üçün yaradılan mərkəzin faydalı olacağına əminliyini bildirdi.
Açılışdan sonra İstanbul Ticarət Universitetinin professoru Murat Yülek Türk Dünyasının qloballaşan dünyadakı iqtisadi potensialı haqqında mühazirə ilə çıxış etdi, nəzərdə tutulan müxtəlif iqtisadi layihələr barəsində öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Sonra universitetin professor-müəllim heyəti və tələbələrindən ibarət seminar iştirakçıları mövzu ətrəfında öz fikirlərini bildirdilər. On November 5, the first seminar of the “Turkish World Seminar Series” was held in the Center for Turkish Studies, which was established at Khazar University and will be officially opened soon.
Professor Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, opened the event and talked about the importance of this series of seminars and creating an appropriate platform for Turkish scholars in Azerbaijan. Then Mr. Mustafa Haşim Polat, Senior Coordinator of the Baku Office of the Turkish Cooperation and Development Agency, gave information about programs carried out by his organization in Azerbaijan. Dr. Mukhtar Hajizadeh, Head of the Department of Political Science and International Relations of the university, noted that he believes the center will be useful for those who want to study Turkish political culture and history as well as those who are interested in the Turkish world and want to pursue research in this area. After the opening speeches, Professor Murat Yülek of Istanbul Commerce University lectured on the economic potential of the Turkish world in the globalized world and shared his views on various planned economic projects. Then a discussion was held in which faculty, staff, and students of the university expressed their views on the subject.