Xəzər Universiteti nümayəndə heyətinin Koreyaya səfəri Khazar University Faculty and Administration Visits Korea

2014/06/05

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının rəhbərliyi ilə universitetin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəsəfə doktoru Muxtar Hacızadə və müəllimi, fəsəfə doktoru Rövşən Abbasovdan ibarət nümayəndə heyəti mayın 30-u – iyunun 2-də Koreya Respublikasının paytaxtı Seul şəhərində işgüzar səfərdə olmuşdur.
Səfərin məqsədi Xəzər Universiteti və Seul Universiteti tərəfindən təşkil edilən 2-ci Universitelerarası konfransda iştirak etmək və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Koreyanın müxtəlif institutlarında bir sıra görüşlər keçirmək idi.
Mayın 30-da Xəzər Universitetinin nümayəndə heyəti və Seul Universitetinin nümayəndələri Seul Universitetində kollokviumda iştirak etdilər. Beynəlxalq münasibətlər departamentinin professoru Kim Seok Voo qloballaşma dövründə Koreya-Azərbaycan münasibətlərindən danışdı. Professor H. İsaxanli Azərbaycanın nümunəsində milli kimlik haqqında təqdimatla çıxış etdi.
Professor Se Hyun Ahn Rusiya və Koreya münasibətləri, M. Hacızadə Azərbaycan və Koreyanın mənsub olduqları regionlara aid siyasətlərini müqayisə etmiş və geniş Qara dəniz bölgəsi və Asiya-Sakit okeanı ərazilərindəki regional əməkdaşlıq, professor Hvang Ji Hvan Koreyanın nüvə problemləri və Şimali Koreyanın nüvə məsələsi, R. Abbasov isə su ehtiyatlarının inteqrasiya halında idarə olunması problemləri və imkanları haqqında çıxış etdilər.
Həmin gün Seul Universitetinin rektoru professor Kun Lee Xəzər Universitetinin nümayəndə heyətini qəbul etdi və Xəzər Universiteti ilə əməkdaşlıqda öz universitetinin öhdəliyini təsdiq etmişdir.
Mayın 31-də Azərbaycanın Koreya Respublikasındakı nüməyəndəliyinin rəhbəri Rəmzi Teymurov Xəzər Universitetinin nümayəndə heyətinin şərəfinə ziyafət vermişdir. Ziyafət zamanı H. İsaxanlı iştirakçılara Xəzər Universiteti ilə Koreyanın tədqiqat və təhsil müəssisələri arasındakı mövcud və gələcək elmi əməkdaşlıq haqqında ətraflı məlumat verdi.
İyunun 1-də nümayəndə heyətinin üzvləri Seuldakı tarix müzeyində olmuş, Koreya ilə Şimali Köreyanın sərhədində yerləşən İmjinçak məntəqəsinə səfər etmişlər.
Seulda olan zaman Xəzər Universitetinin nümayəndə heyəti müxtəlif təşkilatların nümayəndələri ilə görüşərək, elmi əməkdaşlıq və tələbə mübadiləsi imkanlarını araşdırmışdır. Nümayəndə heyəti, həmçinin, Youngsan Universitetinin Daşınmaz əmlak və maliyyə fakültəsinin professoru Kyungsun Park ilə görüşmüş və universitetlərarası əməkdaşlığa dair razılığa gəlmişlər.
Nümayəndə heyəti iyunun 2-də İstixana Qazlarının İnventarlaşdırılması və Koreya Araşdırma Mərkəzinin qonağı olmuş, mərkəzin Beynəlxalq Əməkdaşlıq Bölməsinin direktor müavini Jae H. Hung və əməkdaşı Lirik Kim ilə görüşmüşlər. A delegation of Khazar University faculty and administrators, headed by Prof. Hamlet Isakhanli, the Founder and Chairman of Board of Directors and Trustees, and composed of Dr. Mukhtar Hajizada and Dr. Rovshan Abbasov, took a working trip to Seoul, the Republic of Korea. The aim of the trip was to attend the 2nd Interuniversity conference jointly organized by Khazar University and the University of Seoul and to hold a series of meetings at various Korean institutions to discuss cooperation opportunities.
On May 30th, 2014, the delegation from Khazar University and the representatives of the University of Seoul convened a colloquium at the University of Seoul. During the colloquium, Professor Kim Seok Woo of the Department of International Relations spoke about the Korean-Azerbaijani relations in an era of globalization. Professor Hamlet Isakhanli delivered a talk about national identity with emphasis on the case of Azerbaijan. Professor Se Hyun Ahn spoke about Russian and Korean relations. Dr. Mukhtar Hajizada delivered a presentation in which he compared the roles of Azerbaijan and Korea in their neighborhoods and talked about the regional cooperation in the wider Black Sea area and Asia Pacific. Professor Hwang Ji Hwan spoke about the nuclear concerns in Korea and the nuclear issue in North Korea. Dr. Rovshan Abbasov delivered a presentation about the problems and opportunities of integrated water management in the Greater Baku area. The President of the University of Seoul, Professor Kun Lee, hosted the delegation from Khazar University and affirmed his university’s commitment to cooperation with Khazar University.
On May 31st, 2014, H.E. Mr. Ramzi K. Teymurov, the head of the Azerbaijani Embassy in the Republic of Korea, hosted a reception in honor of the delegation from Khazar University. During the reception, Professor Isakhanli informed the participants about the existing and prospective academic collaboration between Khazar University and Korean institutions of research and education.
While in Seoul, the delegation met with the representatives of various organizations and explored opportunities for academic collaboration and student exchange. They also met with Professor Kyungsun Park from the School of Real Estate and Finance at Youngsan University and agreed on interuniversity cooperation. The delegation was also hosted by the Greenhouse Gas Inventory and Research Center of Korea and was met by Deputy Director Mr. Jae H. Hung and Mr. Song Kim of the International Cooperation unit.