Xəzər Universitetində “Koreya mətbəxi günü” “Korean Cuisine Day” at Khazar University

2014/05/13

Xəzər Universitetinin Şərq dilləri departamenti, Koreya mərkəzi və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 12-də universitetdə “Şərq qonaqpərvərliyi” silsiləsindən “Koreya mətbəxi günü” adlı mədəni tədbir keçirildi. Tədbirin açılışında departamentin müdiri i.f.d. Elnurə Əzizova Xəzər Universitetində Koreya dilinin tədrisi, həmçinin Koreya mədəniyyətinin tanıdılması istiqamətində keçirilən tədbirlərlə əlaqəli qısa məlumat verdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı universitetdə müxtəlif mədəniyyətlərə, xüsusilə Şərq mədəniyyətləri kateqoriyasında Koreya mədəniyyətinə olan maraqdan danışdı, Koreya mətbəxinin Koreya mədəniyyətinin öyrənilməsindəki rolunu vurğuladı.
Koreya Respublikasının Azərbaycandakı səfiri Choi Suk-inn çıxış edərək, Xəzər Universiteti ilə Koreya səfirliyi arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışdı və universitetin tələbələrinin bu sahədəki nailiyyətlərinin təqdirəlayiq olduğunu söylədi.
Tələbələr Koreya mədəniyyətinin müxtəlif sahələrini əks etdirən təqdimatla çıxış etdilər. Onların ifasında Koreya rəqsi nümayiş etdirildi. Koreya dili müəllimi Younhong Leenin gitarada müşayəti ilə tələbələrin ifasında Koreya mahnısı səsləndi. Sonda iştirakçılara Koreya mətbəxinin 13 növ təamı təqdim olundu. On May 12, as organized by the Department of Eastern Languages of Khazar University, the Korea center and the Korean Embassy to Azerbaijan, “Korean Cuisine Day ” was held. This event was part of the “Eastern hospitality” series of cultural events. At the opening of the event, head of the department, Dr. Elnura Azizova, gave information about Korean language education at Khazar University as well as events related to the promotion of Korean culture.
Khazar University’s founder and Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, talked about interest in different cultures, in the category of Eastern cultures at Khazar University, especially Korean culture, and emphasized the role of Korean cuisine in learning Korean culture.
Ambassador of the Republic of Korea to Azerbaijan, Choi Suk-inn, made a presentation stressing the importance of cooperation between Khazar University and the Korean Embassy and praised the achievements of the university students in this area.
Students made ​​presentations reflecting different areas of Korean culture. They also performed a Korean dance. Accompanied by Korean Language Teacher Younhong Lee on guitar, students sang a Korean song. At the end of the event, 13 different dishes representing Korean cuisine were presented to the participants.