Əməkdaşlarımız beynəlxalq elmi konfransda Our Employees at the International Scientific Conference

2014/04/03

Aprelin 1-2-də ADA Universitetində bu ali məktəbin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans keçirilmişdir. Mərasimdə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın keçirilməsini ölkəmizdə kitabxana-informasiya şəbəkəsinin inkişafına yönələn mühüm təşəbbüs kimi yüksək qiymətləndirmişlər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş kitabxana işçiləri və mütəxəssislər konfransda çıxış edərək, təcrübə mübadiləsi aparmışlar.
Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin Təhsildə keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova, Kitabxana və informasiya mərkəzinin direktoru Gülşən Mehdiyeva və kitabxana əməkdaşları iştirak etmişlər.
H. İsaxanlı ADA-nın rektoru H. Paşayevlə də görüşmüşdür. Görüşdə Azərbaycanda elm və təhsil, kitabxana və informasiya elmləri, universitet kampusları kimi problemlər müzakirə olunmuşdur. On April 1-2, as organized by ADA University and the Ministry of Culture and Tourism, ADA University hosted the 1st International Scientific Conference with the theme of “Exploring Best Practices in Library and Information Science.” Speaking at the ceremony, Hafiz Pashayev, President of ADA University, and Abulfaz Qarayev, Minister of Culture and Tourism, appraised the conference as a major initiative aimed at the development of library and information networks. Library staff and experts from different countries made presentations at the conference and shared their experiences.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees; Lyudmila Sotova, director of Khazar University Quality Assurance Center; Gulshan Mehdiyeva, Director of Library and Information Center, and library staff participated in the conference.
H.Isaxanli also met with H. Pashayev, President of ADA University. Issues such as science and education in Azerbaijan, library and information science, and university campuses were discussed at the meeting.