Beynəlxalq təhsil seminarı başa çatdı International Education Workshop Completed
Xəbər verdiyimiz kimi, martın 25-də Xəzər Universitetində “Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması” mövzusunda seminar başlamışdı.. British Council tərəfindən maliyyələşdirilən seminar Xəzər Universiteti və Nottingham Universiteti (Böyük Britaniya) tərəfindən təşkil olunmuşdu.
Seminar dörd gün uğurla davam etmiş və martın 28-də Xəzər Universitetinin Mərmər salonunda iştirakçılara sertifikatların təqdim olunması mərasimi ilə öz işini yekunlaşdırmışdır.
Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının bağ evində britaniyalı qonaqların şərəfinə ziyafət verilmişdir. Ziyafət zamanı universitetin Musiqi və İncəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın müşayiətilə əməkdar artist Fidan Hacıyeva müxtəlif mahnılar ifa etmişdir.
Qonaqlar konfransın uğurla başa çatması ilə əlaqədar mülahizələrini bildirmişlər. On March 25-28, 2014, as previously reported, a workshop entitled “Education leadership and policy in Azerbaijan and the UK: Building capacity for school improvement” was held at Khazar University. The workshop was funded by British Council and was organized by Khazar University and the University of Nottingham (UK).
The workshop continued successfully for four days. On March 28th, it concluded its work with a ceremony in the Marble Hall at Khazar University to present certificates to the participants. Then a dinner was given in honor of the British guests at the summer home of Prof. Hamlet Isaxanli, the Founder of Khazar University and Chairman of the Board of Directors and Trustees. During the dinner, musical entertainment was provided by Honored Artist Fidan Hajiyeva, accompanied by pianist Zulfiyya Sadigova, the Head of the Department of Music and Fine Arts of Khazar University. The guests danced and celebrated the successful completion of the conference.