“Xəzər”də Beynəlxalq təhsil seminarı başladı International Education Workshop Begins at Khazar
Martın 25-də Xəzər Universitetində Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması mövzusunda seminar fəaliyyətə başladı. British Council tərəfindən maliyyələşdirilən seminar Xəzər Universiteti və Nottingham Universiteti (Böyük Britaniya) tərəfindən təşkil olunub. Seminar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının, Elizabet Vaytın, British Council Azərbaycanın ölkə üzrə direktoru, Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin və Nottingham Universitetinin təhsil üzrə məsləhətçisi Professor Hovard Stevensonun çıxışları ilə başladı. Sonra Hamlet İsaxanlı, Nottingham Universitetinin professorları Hovard Stevenson və Kris Dey, Xəzər Universiteti Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədova məruzə etdilər.
Seminarda Xəzər, Nottingham, Varvick, Middlesex, Mançester, Leicester, Linkoln, Çiçester, Brunel universitetlərinin və London Təhsil İnstitutunun (Böyük Britaniya) rəhbərləri, müəllimləri və tədqiqatçıları, habelə Azərbaycanın ali təhsil müəssisələrinin, dövlət qurumlarının və media nümayəndələri iştirak edirlər. Seminar öz işini dörd gün ərzində davam etdirəcək. Seminarda, həmçinni təqdimatlar, müzakirələr olacaq, təcrübə mübadiləsi aparılacaq. Britaniyalı qonaqlar üçün ekskursiyalar da təşkil edilir. Seminarın yekunlaşdırılması martın 28-nə planlaşdırılır. On March 25, 2014, a workshop entitled “Education leadership and policy in Azerbaijan and the UK: Building capacity for school improvement” was opened at Khazar University. The workshop was funded by British Council and was organized by Khazar University and the University of Nottingham (UK). The keynote speakers in the workshop included Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of Board of Directors and Trustees; Prof Howard Stevenson of the University of Nottingham; Professor Chris Day of the University of Nottingham; and Dr. Elza Semedova, Dean of the School of Education at Khazar University. Other participants included administrators, instructors and researchers from Khazar University, the University of Nottingham, University of Warwick, University of Middlesex, University of Manchester, University of Leicester, University of Lincoln, University of Chichester, Brunel University, and London Institute of Education (UK), as well as Azerbaijani representatives of higher education institutes, government bodies, and the media.
The workshop began on March 25th with speeches by Prof. Hamlet Isaxanli; Ms Elizabeth White, Country Director of British Council Azerbaijan; His Excellency Irfan Siddiq, British Ambassador to Azerbaijan; and Prof. Howard Stevenson, education consultant from the University of Nottingham. It will continue its work for four days, including presentations, discussions, and experience sharing about UK and Azerbaijani education. In the evenings, dinners and Baku sightseeing tours have been organized for the British guests participating in the workshop. The workshop is scheduled to conclude on March 28th.