[:az]Xəzər Universitetinintəsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 13-də Niderlandın Leiden Universitetində olmuşdur. O, universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr proqramının yaradıcısı professor Riçard Griffits və universitetin Haaqada yerləşən kampusunun dekanı professor Bernard Steunenberg ilə görüşlər keçirmişdir. H. İsaxanlı Xəzər Universitetində tədris olunan Avropaşünaslıq ixtisasının kurikulumunun nümunəvi Avropa standartlarına uyğunlaşdırılması və Avropa Birliyi üzrə aparılan araşdırmaların təkmilləşdirilməsi məqsədilə Leiden Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, fəlsəfə doktoru Eric Beerkens və Beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisasları üzrə tədris proqramının rəhbəri, professor André Gerrits ilə də görüşərək, konkret və əhatəli əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
H. İsaxanlı, həmçinin, Xəzər Universitetinin koordinatoru olduğu Azərbaycan universitetlərində Avropaşünaslıq ixtisasının təkmilləşdirilməsi üzrə Tempus proqramı çərçivəsində Leiden Universitetində təlimlərdə iştirak edən Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Universitetinin müəllimləri və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri ilə də görüşmüşdür.[:en]On March 13, Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, visited the University of Leiden. He met with professor Richard Griffiths, founder of a bachelor’s degree program in International Relations, and professor Bernard Steunenberg, dean of the university’s The Hague campus.

In order to adapt the European Studies qualification curriculum taught at Khazar University to European standards and improve research on the European Union, H.Isaxanli met with Dr. Eric Beerkens, employee of the Department of International Relations of Leiden University, and Professor Andre Gerrits, head of a training program in International Relations and European Studies, and they discussed concrete and comprehensive cooperation opportunities.

H. Isaxanli met with teachers and heads of departments of international relations of Baku State University, Ganja State University, Nakhchivan State University, Baku Slavic University, and Azerbaijan University who participated in trainings at the University of Leiden within the framework of the “Developing European Studies field in Azerbaijan Universities” Tempus project coordinated by Khazar University. [:]