Böyük Britaniya səfirinin Xəzər Universitetində mühazirəsi Lecture by British Ambassador at Khazar University
Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi “Avropa ölkələrinin müqayisəli siyasəti” silsiləsindən növbəti tədbir Böyük Britaniyanın siyasəti və siyasi mədəniyyətinə həsr edilmişdir. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti’” mövzusunda xüsusi məruzə ilə çıxış etdi. Səfir 1215-ci ildə imzalanan Magna Carta fərmanından sonra Birləşmiş Krallığın necə inkişaf etməsi, hal-hazırkı qərar qəbul etmə prosesi və mexanizmləri, dövlət idarəçiliyi haqqında danışdı. O, Böyük Britaniyanın xarici siyasətinin prinsip və prioritetləri haqqında da məlumat verdi. Bundan başqa, o, tədbir iştirakçılarına Britaniyanın Avropa Birliyində üzvlüyü və Britaniyanın bu Birliyi tərk etmə şansı haqqında həm Mühafizəkarlar Partiyasının, həm də Mühafizəkarlar və Liberal Demokratlardan ibarət olan mövcud koalisiya hökumətinin mövqelərini izah etdi.
Department müdiri, fəlsəfə doktoru Muxtar Hacızadənin moderatorluq etdiyi sual-cavab sessiyasında səfir tələbələrin müasir beynəlxalq münasibətlərin müxtəlif mövzuları, o cümlədən 2014-cü il sentyabrın 18-də keçiriləcək Şotlandiyanın müstəqilliyi haqqında referendum və Britaniyanın Suriyayadakı siyasəti barədə suallarını cavablandırdı. Mühazirədən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İrfan Siddiqi və onun həyat yoldaşı Penélope Siddiqi qəbul etdi. Qonaqlara universitet barədə, eləcə də britaniyalı tələbələr üçün Xəzər Universitetindəki təqaüd imkanları haqqında məlumat verildi. The latest event of the Department of Political Science and International Relations within a series on the Comparative Politics of European Countries was dedicated to British Politics and Political Culture. His Excellency Mr. Irfan Siddiq, Her Majesty’s Ambassador to the Republic of Azerbaijan, delivered a special lecture on Politics and Political Culture of the United Kingdom of Great Britain and Northern Ireland. Ambassador Siddiq talked about how the United Kingdom has evolved since the Magna Carta was issued in 1215, and he explained the current decision-making process and mechanisms as well as public administration in Britain. He also briefed the audience on the principles and priorities of British Foreign Policy. Moreover, he let the participants of the event know about the stances of both the Conservatives Party and the current coalition government, which is composed of Conservatives and Liberal Democrats, on the British membership in the European Union and the chances of Britain leaving the Union.
In the question and answer session, which was moderated by Head of Department Dr. Mukhtar Hajizada, students asked the ambassador about various topics of contemporary international relations including the referendum on Scottish independence to be held on 18 September 2014 and British policy on Syria. He also responded to questions on the changes to the visa service of the embassy, since visa applications will now be collected by the Visa Application Centre in Baku but processed in Istanbul starting on 1 April 2014.
Following the discussion, Ambassador Siddiq and his wife, Mrs. Penélope Siddiq, were hosted by Prof. Hamlet Isaxanli, the founder and chairman of the Board of Directors and Trustees of Khazar University. The guests were presented with information about the university as well as the scholarship opportunities at Khazar University for prospective students from Britain.