[:az]Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamenti və İran Mədəniyyət mərkəzinin birgə əməkdaşlığı ilə dekabrın 6-da Xəzər Universitetində “Şərq qonaqpərvərliyi” mədəni tədbirlər silsiləsindən “İran mətbəxi günü” keçirildi. Tədbiri departamentin müdiri Elnurə Əzizova açaraq, universitetdə fars dili və ədəbiyyatının tədrisi və tədqiqi sahəsinin uzun keçmişə malik olduğunu, bunun bir nəticəsi olaraq tələbələrin Azərbaycanda keçirilən müxtəlif əlaqədar müsabiqə və proqramlarda böyük nailiyyətlər qazandığını və departamentin təşkilatçılığı ilə İran mədəniyyətinin müxtəlif sahələri ilə əlaqəli müxtəlif tədbirlər keçirildiyini qeyd etdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan və İran xalqlarının mədəniyyətin müxtəlif sahələrində çox sayda ortaq dəyərlərə sahib olduğunu, mətbəx mədəniyyətinin də bunun bir parçası olduğunu, fars dilini öyrənən tələbələr üçün İran mədəniyyətinin müxtəlif aspektlərinin araşdırılmasının və öyrənilməsinin də böyük əhəmiyyət daşıdığını bildirdi.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Pak Ayin bu tədbirin sadəcə qədim tarixə malik İranın mətbəx mədəniyyətini tanıtmaqla qalmadığını, həmçinin Azərbaycan-İran xalqları və dövlətləri arasındakı qarşılıqlı mədəni əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin inkişafında da mühüm rol oynayacağını qeyd etdi.
Sonra universitetin əməkdaşları və tələbələrinə, həmçinin qonaqlara İran mətbəxinin müxtəlif növ təamları təqdim edildi.[:en]On December 6th, with the joint organization of the Department of Eastern Languages and Religious Studies and the Center for Iranian Studies, “Iranian Cuisine Day” was held at Khazar University. This event is part of the “Eastern hospitality” series of cultural events. The event was opened by head of Department Elnura Azizova, who noted that there is a long history of teaching Persian language and literature and research in this field at the university, and as a result of this, students participate in various competitions and programs and have had major achievements. The department has also organized events in various areas related to Iranian culture.
Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, noted that the cultures of the Azerbaijani and Iranian peoples have a large number of common values in various fields, including culinary culture, and there is great importance in the investigation and study of various aspects of Iranian culture for students who are learning the Persian language .
The Ambassador of the Islamic Republic of Iran to Azerbaijan, Pak Ayin, noted that this event is not only promoting the ancient culture of Iranian cuisine, but that it will also play an important role in the development of cultural and friendly relations between the Azerbaijani and Iranian peoples and states.
Different types of traditional Iranian dishes were presented to the staff and students of the university, as well as guests.[:]