[:az]Oktyabrın 18-də Xəzər Universiteti Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən növbəti “Evim sənsən” mövzusunda seminar keçirilmişdir. Seminarda universitetin, habelə digər təhsil ocaqlarının tələbələri, Xəzər Universitetinin müəllim heyəti, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etmişlər.
Universitetin İnsan Resursları Departamentinin direktoru, həmçinin Psixologiya departamentinin müəllimi Ülkər İsayeva seminarı açaraq, gələn iştirakçıları salamlamış və mühazirəçini auditoriyaya təqdim etmişdir. Sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun elmi işçisi, psixoloq Elnur Rüstəmov ailə-məişət mövzusunda, gənclərin dövrümüzdə rastlaşdıqları ailə problemləri barədə geniş mühazirə söyləmiş, iştirakçıların mövzu ilə bağlı suallarını izah etmişdir.
[:en]On October 18, a seminar entitled “You are my home” was held as part of a series which is a joint project of the Khazar University Philosophy and Psychology Departments. Students of Khazar and other universities, the Chairman of the Board of Directors and Trustees of Khazar University, Prof. Hamlet Isaxanli, and other Khazar University staff members participated in the seminar.
Director of Human Resources Department of the university and instructor of the Department of Psychology, Ulker Isayeva, opened the seminar, welcomed the participants and presented a lecture to the audience. Then she introduced scientific worker of Institute of Philosophy, Sociology and Law of ANAS, psychologist Elnur Rustamov. He gave a lecture on family problems faced by youth today and answered participant’s questions on the topic.
[:]