[:az]Oktyabrın 14-də Xəzər Universitetinin Mədəniyyət mərkəzində Mühəndislik və tətbiqi elmlər fakültəsinin yeni dekanı professor Həsən Niknəfs universitet əməkdaşlarına təqdimat olundu. İdarəetmə və tələbə işləri üzrə prorektor professor Rafiq Əhmədov tədbiri açaraq, H. Niknəfsin əmək fəaliyyəti və elmi nailiyyətləri haqqında gəniş məlumat verdi və yeni işində ona uğurlar arzuladı.
Sonra söz H. Niknəfsə verildi. O, Xəzər Universitetində işə başlamasından məmnun olduğunu, qarşıda duran məsələləri birgə həllində əməkdaşların yardımına arxalanacağını bildirdi.
Tədbirin sonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da H. Niknəfs haqqında çıxış etdi, yeni dekana Xəzər Universitetindəki fəaliyyətində uğurlar arzuladı. Tədbir çay süfrəsi ilə başa çatdı.
[:en]On October 14th, a ceremony was held in Khazar University’s Cultural Center to welcome the new Dean of the School of Engineering and Applied Sciences, Prof. Hasan Niknafs. Opening the ceremony, Vice President for Administrative and Student Affairs, Prof. Rafig Ahmadov, introduced Dr. Niknafs to his colleagues and spoke about his work experience and academic achievements. He congratulated him on his new position. Then Dr. Niknafs expressed that he was glad to be working at Khazar and encouraged his colleagues to face future challenges by working together. Then the university’s founder and Chairman of the Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, spoke about Dr. Niknafs and wished him success in his future work here at Khazar. Tea was served in honor of the new dean. The university’s faculty and administrative staff also took part in the ceremony. [:]