[:az]Oktyabrın 3-də Türkiyə universitetlərinin nümayəndələri – Sinop Universitetinin rektoru professor Recep Bircan, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Canik Başarı Universitetinin rektoru professor Yunis Bekdemir, Kastamonu Universitetinin rektoru professor Seyit Aydın, Canik Başarı Universitetinin prorektoru professor Reşit Özkanca, Canik Başarı Universiteti rektorunun müşaviri, dosent Hasan Hüseyin Satılmış, Qafqaz Universitetinin İctimai əlaqələr üzrə direktoru Mahir Rəhimov və digərləri Xəzər Universitetinin qonağı oldular. Qonaqları Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı salamladı. Türkiyəli qonaqlar universitetləri haqqında geniş məlumat verdilər. Təhsil fakültəsinin dekanı, doktor Elza Səmədova universitet haqqında geniş təqdimatla çıxış etdi və qonaqların suallarını cavablandırdı. Sonra Sinop, Kastomonu, Canik Başarı universitetləri ilə Xəzər Universiteti arasında ikitərəfli müqavilələr və Mövlanə proqramları çərçivəsində anlaşmalar imzalandı, hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkildi.
Görüşdə univertsitetin prorektorları professor Məhəmməd Nuriyev, professor Rafiq Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı professor Həsən Niknəfs, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, İnsan resursları departamentinin müdiri Ülkər İsayeva, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova iştirak etdilər.Görüşdən sonra qonaqların şərəfinə ziyafət verildi.
[:en]On October 3, representatives of Turkish universities visited Khazar University, including President of Sinop University, Professor Recep Bircan; President of Qafqaz University, Professor Ahmet Saniç; President of Canik Başarı University, Professor Yunis Bekdemir; President of Kastamonu University, Professor Seyit Aydın; Vice President of Canik Başarı University, Professor Reşit Özkanca; Advisor to the President of Canik Başarı University, Associate Professor Hasan Hüseyin Satılmış; Director of the Public Relations Department of Qafqaz University, Mahir Rahimov; and others. The Turkish guests gave detailed information about their universities. Dean of the Khazar University School of Education, Dr. Elza Samadova, made a detailed presentation about the university and answered the guests’ questions. Bilateral agreements and agreements within the framework of the Mevlana program were signed among Sinop, Kastomonu, and Canik Başarı Universities and Khazar University, gifts were presented, and photos were taken.
The meeting was also attended by Vice Presidents of Khazar University, Professor Muhammad Nuriyev and Professor Rafig Akhmedov; Dean of the School of Humanities and Social Sciences, Associate Professor Jabir Khalilov; Dean of the School of Engineering and Applied Sciences, Professor Hasan Niknafs; Director of Public Relations and Media, Alovsat Amirbeyli; Head of the Department of Human Resources, Ulker Isayeva; and Head of the Quality Assurance Center, Lyudmila Sotova . After the meeting, a luncheon was given in honor of the guests.
[:]