[:az]Sentyabrın 27-də Xəzər Universitetində universitetin Fəlsəfə və Psixologiya departamentlərinin birgə layihəsi olan fəlsəfi-psixoloji seminarlar silsiləsindən “Uzaq Şərq fəlsəfəsindən bilmədiklərimiz” adlı ilk elmi seminar keçirilmişdir. Seminarda universitetin, habelə digər təhsil ocaqlarının tələbələri, Xəzər Universitetinin müəllim heyəti, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirak etmişlər.
Universitetin Fəlsəfə və sosiologiya departamentinin müdiri Mail Yaqubov seminarı açaraq, Fəlsəfə və Psixologiya departamentlərinin təşkilatçılığlı ilə 2013-2014-cü tədris ili müddətində keçirilməsi planlaşdırılan elmi seminarlar haqqında ümumi məlumat vermişdir. Sonra AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun boyük elmi işçisi, dosent Müşfiq Şükürov Uzaq Şərq fəlsəfəsi, Konfutsi və Dzen Buddizm təlimləri barədə geniş mühazirə söyləmiş, iştirakçıların mövzu ilə bağlı suallarını izah etmişdir.
Tədbirin yekununda universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqova klassık musiqi xəzinəsindən bəzi parçalar ifa etmişdir.
[:en]On September 27, a seminar entitled “What We Didn’t Know About Philosophy of the Far East” was held at Khazar University’s Marble Hall. The seminar was the first of a series which is a joint project of the Khazar University Philosophy and Psychology Departments. Students of Khazar and other universities, the Chairman of the Board of Directors and Trustees of Khazar University, Prof. Hamlet Isaxanli, and other Khazar University staff members participated in the seminar.
Head of the Department of Philosophy and Sociology of the university, Mail Yagubov, opened the seminar and gave general information about scientific seminars which are planned for the 2013-2014 academic year with the joint organization of the Philosophy and Psychology departments. Then Dr. Mushfig Shukurov, Associate Professor and Employee of the Institute of Philosophy, Sociology and Law of ANAS, gave a comprehensive lecture about Far Eastern philosophy, Confucius, Buddhism, and Zen training. He also answered participants’ questions.
At the end of the event, the Chair of the university’s Department of Music and Fine Arts, pianist Zulfiyya Sadigova, performed several classical pieces.
[:]