[:az]Mayın 22-də Xəzər Universitetinin Neftçilər kampusunda “Çin dili və tədrisi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Çinin Şanxay Pedaqoji Universitetinin nümayəndələri, Xəzər Universitetinin müəllim və tələbələri iştirak etdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransı açaraq, qonaqları təqdim etdi, Çin dili, qədim zamanlardan bəri Çin-Azərbaycan əlaqələri haqqında geniş məlumat verdi. Sonra Şanxay Pedaqoji Universitetinin müəllimi professor Qi Hu Yangın “Bugünki dünyada Çin dili tədrisinin vəziyyəti”, həmin universitetin müəllimi professor Xia Renqinginin “Çində ali təhsilin vəziyyəti və inkişafı” mövzularında çıxışları dinlənildi.
Çin dilində olan çıxışlar Şanxay şəhərində təhsil alan Aqşin Əliyev tərəfindən Azərbaycan dilinə tərcümə olundu. Xəzər Universitetinin müəllim və tələbələri çıxışlardan sonra müzakirələrdə fəal iştirak etdilər. Qonaqlar onların suallarına cavab verdilər. Tədbirdən sonra qonaqlar üçün ziyafət verildi.
[:en]On May 22, an international scientific conference on “Chinese Language and Education” was held at Khazar University’s Neftchiler Campus. Representatives of Shanghai Normal University, China as well as instructors and students of Khazar University participated in the conference.
Opening the conference, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, introduced the guests and gave background information about Chinese/Azerbaijani relations since ancient times. Professor of Shanghai Normal University, Professor Qi Hu Yang made a presentation on “Current status of Chinese Language Education in the International World,” and Professor of Shanghai Normal University, Professor Xia Renqing made a speech on “Higher Education Status and Development in China.”
The presentations were made in Chinese and were translated into Azerbaijani by Aqshin Aliyev, currently studying in Shanghai. After the speeches, instructors and students of Khazar University actively took part in the discussions. The guests answered their questions. After the event, a reception was given for the guests.
[:]