[:az]Mayın 21-də Bakıda “Şeraton” otelində Qafqaz Universitetlər Birliyinin III konqresi keçirildi. Konqresdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin təhsil naziri professor Nabi Avcı, Türkiyə Ali Təhsil Şurasının sədri professor Gökhan Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili və digərləri çıxış edərək, Qafqaz Universitetlər Birliyinin fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışdılar. Konqresdə, həmçinin, Qafqaz Universitetlər Birliyinin 2013-cü il üçün mükafatları təqdim olundu və Birliyə yeni universitetlərin qəbul olunması mərasimi keçirildi.
Qeyd edək ki, Xəzər Universiteti də Qafqaz Universitetlər Birliyinin üzvüdür və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da konqresin işində və Türkiyənin Azərbaycandakı səfirliyində, Təhsil Nazirliyi tərəfindən Muğam Klubunda təçkil olunan ziyafətlərdə iştirak etdi.
[:en]On May 21, the III Congress of Caucasus Universities Association (of which Khazar University is a member) was held at the Sheraton hotel. The Minister Education of the Azerbaijan Republic, Mikhail Jabbarov, Turkey’s Minister of Education, Professor Nabi Avci, Turkey’s Higher Education Committee Chairman, Gökhan Çetinsaya, Deputy Minister of Education and Science of Georgia, David Zurabishvili, and representatives of various universities participated in the Congress. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, also participated in the work of the Congress, as well as in an evening reception at the Jazz Club given by Embassy of Turkey in Azerbaijan and the Ministry of Education.[:]