[:az]Xəzər Universiteti son illərdə beynəlxalq layihələrlə yanaşı, Təhsil Nazirliyinin sifarişçisi olduğu, Dünya Bankının maliyyələşdirdiyi layihələrə də qoşulmuş, onlardan bəziləri uğurla həyata keçirilmiş və bəziləri hazırlıq mərhələsindədir.
Aprelin 25-də Xəzər Universitetində “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə” üzrə təlim kursu layihəsinin təqdimatı keçirildi. Təhsil Nazirliyinin sifarişi ilə keçiriləcək təlimlərdə təhsilin dövlət, rayon, məktəb səviyyəsində idarə olunmasında şagird nailiyyətlərinin təhlil edilməsi və bu təhlillər əsasında təhsilin keyfiyyətinin yüksəldilməsinə dair qərarların verilməsi məsələləri araşdırılacaq, bu sahədəki ən yaxşı beynəlxalq təcrübələr təhsil rəhbərlərinin, qiymətləndirmə üzrə ekspertlərin və tədqiqatçıların diqqətinə çatdırılacaq.
Xəzər Universiteti bu önəmli və məsuliyyətli layihənin Azərbaycanın təhsil təcrübəsində ilk dəfə olduğunu nəzərə alaraq, beynəlxalq qurumların əməkdaşlığına müraciət etmiş və qiymətləndirmə sahəsində tanınmış CİTO GROUP təşkilatı ilə təlim materiallarının və təlimçilərin hazırlanması barədə müqavilə bağlamışdır.
Təqdimatda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı layihənin təhsilin keyfiyyətinin yüksəldilməsindəki önəmindən danışaraq, bu layihənin maarifləndirməyə xidmət etdiyini, cəmiyyətdə və beynəlxalq müstəvidə təhsil sisteminə etimadı artıracağını xüsusilə qeyd etdi.
Təhsil fakültəsinin dekanı və layihə rəhbəri fəlsəfə doktoru Elza Səmədova layihənin məqsədi, təlim proqramı, layihənin iş planı və təlimçi hazırlığı ilə əlaqədar geniş məlumat verdi.
[:en]In recent years, Khazar University has not only been involved in international projects but has also joined the World Bank-financed projects ordered by the Ministry of Education, some of which have been successfully implemented and some of which are still under preparation.
On April 25, a presentation of the training project on “using student assessment results and monitoring research for making decisions about management” was held at Khazar University.
The training, which was requested by the Ministry of Education, will include analysis of student achievement of education management in the state, district and school levels, and on the basis of this analysis, decision-making to improve the quality of education will be examined and international best practices in this area will be presented to education leaders, assessment experts and researchers.
Taking into account that this important project is being implemented for the first time in Azerbaijani Education practice, Khazar University signed an agreement with CITO GROUP, a well-known evaluation organization; requested the cooperation of international organizations; and developed training materials and trainers.
Speaking about the importance of the project in the improvement of the quality of education, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, noted that this project will contribute to awareness and increase society’s confidence in the education system and in the international arena. Dean of the School of Education and the project director, Dr. Elza Samadova, gave detailed information about the purpose of the project, training program, and the project work plan.[:]